Nəsib Nəsibli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nəsib Nəsibli
2005 – 2010
Seçki dairəsi2005 — 34 saylı Xətai ikinci
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıGülər Əhmədova
bayraq
Müsavat Partiyasının xarici əlaqələr üzrə katibi
bayraq2
1994 – 1996
Başqanİsa Qəmbər
bayraq
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri
bayraq2
17 avqust 1992 – 24 yanvar 1994
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıƏliyar Səfərli
Şəxsi məlumatlar
Doğum adı Nəsib Loğman oğlu Nəsibli
Doğum tarixi 15 sentyabr 1956(1956-09-15) (68 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti diplomat, tarixçi, universitet müəllimi[d], müəllif, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəsib Loğman oğlu Nəsibli (15 sentyabr 1956, Aşağı Qoşakilsə, Bolnisi rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, tarix elmləri doktoru.

Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir.

1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universitetində professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-nin ÇikaqoCon Hopkins universitetlərində işləmişdir.

Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rusfransız dillərini bilir.

Evlidir, iki övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuş, eyni zamanda Müsavat Partiyasının bərpa edilməsi işində çalışmışdır. 1989–1992-də Azərbaycan Milli Demokratik Partiyası "Yeni Müsavat"a başçılıq etmişdir. Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub. 1994–1996-da Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib.

1992–1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri olmuşdur. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə keçirilən seçkilər zamanı qalib gələrək deputat mandatı almışdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

2 noyabr 2014-cü ildə Müsavat Partiyasından istefa vermişdir.[1]

  • Azərbaycan Demokratik Respublikası (məqalələr və sənədlər). Bakı: Elm, 1990;
  • Azərbaycanın xarici siyasəti (1918–1920). Bakı: Ay-Ulduz, 1996;
  • Bölünmüş Azərbaycan, bütöv Azərbaycan (məqalələr toplusu). Bakı: Ay-Ulduz, 1997;
  • İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri). Bakı: Ay-Ulduz, 1997;
  • Azərbaycanın geopolitikası və neft. Bakı: Xəzər Universiteti, 2000;
  • Azərbaycan Demokratik Respublikasının xarici siyasəti (dərs vəsaiti). Bakı: Qanun, 2011;
  • Güneyli-Quzeyli məsələlərimiz. Bakı: Aypara, 2013;
  • Güney ile Kuzey Azerbaycan sorunları. Ankara: Tebaren, 2017;
  • Kuzey Azerbaycan İstiklalden İkinci İşgale (1918–1920). Ankara: Altınordu Yayınları, 2018;
  • Azerbaycan Tarihi Millet-Devlet-Siyaset. Ankara: Altınordu Yayınları, 2019;
  • Azerbaycan Tarihi Millet-Devlet-Siyaset. Ankara: Altınordu Yayınları, 2021 (ikinci nəşri);
  • Azərbaycan tarixi: Millət-Dövlət-Siyasət. Bakı: Qanun, 2022;
  • Türkçü düşüncənin əsasları. Bakı: Qanun, 2023.
  1. "Sabiq səfir Müsavat Partiyasından istefa verib". Report İnformasiya Agentliyi. 2014-11-04. İstifadə tarixi: 2024-10-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]