39°00′02″ şm. e. 41°49′38″ ş. u.HGYO

Muş ili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Muş ili
Muş

39°00′02″ şm. e. 41°49′38″ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Muş
Tarixi və coğrafiyası
Sahəsi
  • 8.196 km²
Əhalisi
Əhalisi
  • 351.802 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu TR-49
Telefon kodu 436
Poçt indeksi 49000–49999
Avtomobil nömrəsi 49
Rəsmi sayt
Muş ili xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Muş iliTürkiyədə il.

1960-cı ildə aparılmış siyahıya alma zamanı ilin 168 min nəfər əhalisinin 82 min nəfəri ana dilini kürdcə, 79 min nəfəri türkcə, 3 min nəfəri isə ərəbcə olaraq qeyd etmişdi.[2]

1927-ci il siyahıya alması zamanı hazırkı Muş ilinin əraziləri Bitlis ilinin tərkibində olmuşdur. Bu zaman Bitlis ili mərkəzi (Bitlis), Muş, Əhlət, Malazgirt, Hizan, Varto, Mutki və Bulanık ilçələrindən ibarət idi. 2 iyun 1929-cu il Bitlis ilinin Muş, Bulanık, Malazgirt və Varto ilçələri inzibati mərkəz Muş olmaqla birləşdirildi və Muş ili yaradıldı.[3] Hazırda Muş ili mərkəzi (Muş şəhəri ə/d), Bulanık, Varto, Malazgirt, Hasköy (1987-ci ildə təşkil edilmişdir) və Qorqud (1990-cı ildə təşkil olunmuşdur) ilçələrindən ibarətdir. Qorqud və Hasköy ilçələri mərkəzi (Muş şəhəri ə/d) və Bulanık ilçələrinin inzibati ərazilərində bölünmə hesabına yaradılmışdır. Beləliklə, 1927-ci il siyahıya almasına əsasən hazırkı Muş ilinin indiki ərzisində 43 584 nəfər (22 320 nəfər kişi və 21 264 nəfər qadın) əhali yaşamışdır.[4] Onların 21 499 nəfəri Muş ilçəsində, 9 822 nəfəri Varto ilçəsində, 6 966 nəfəri Malazgirt ilçəsində, 5 297 nəfəri isə Bulanık ilçəsində məskunlaşmışdılar, 43 584 nəfərin sadəcə 697 nəfəri (678 nəfəri kişi, 19 nəfəri qadın) oxuyub-yazma bacarığına malik idi.[4] Siyahıya almaya əsasən 43 584 nəfərdən 34 897 nəfərin ana dili kürdcə, 7 283 nəfərin ana dili türkcə, 908 nəfərin ana dili çərkəzcə, 72 nəfərin ana dili ərəbcə, 10 nəfərin ana dili ermənicə, 1 nəfərin ana dili farsca, 413 nəfərin ana dili isə digər dillər (bilinməyən) olmuşdur.[4]

Qeyd: Osmanlı İmperiyası mərkəzi hökumətinin 1914-cü ildə həyata keçirdiyi ümumimperiya əhali siyahıya almasına əsasən Muş ilinin (o zamanki Bitlis ilinin tərkibində Muş sancağı: Muş, Bulanık, Malazgirt və Varto nahiyyələri) 149 500 nəfər əhalisinin 95 323 nəfərini müsəlmanlar, 54,147 nəfərini isə ermənilər təşkil edirdi.[4][5]

  1. Turkish Statistical Institute. 1926.
  2. İstatistik Umum Müdürlüğü ve Devlet İstatistik Enstitüsü, 1927, 1935, 1945,1950, 1955, 1960 ve 1965 nüfus sayım sonuçları. Bu soruların yöneltildiği 7 nüfus sayımında "Anadilim Kürtçe" veya "Bildiğim ikinci dil Kürtçe" diyenler, en düşük yüzde 8.07, en yüksek yüzde 9.88 olmuştur ki bu sayılara Zazaca konuşanlar dahil değildir. Kuşkusuz devlet memurlarınca yapılan bu sayımlarda da, kimliğini gizleyenler, soruya yanıt vermeyenler olmuştur.
  3. "Anadolu Türk İnterneti". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-02.
  4. 1 2 3 4 Türk Dünyası Araştırmaları Vakfı- AKADEMİK BAKIŞ DERGİSİ : CUMHURİYET DÖNEMİNİN İLK NÜFUS SAYIMINA (1927) GÖRE MUŞ İLİNİN NÜFUS ÖZELİKLERİ Arxivləşdirilib 2013-03-20 at the Wayback Machine
  5. Bkz., KARPAT, H. Kemal (2010), Osmanlı Nüfusu (1830–1914), Timaş Yayını, İstanbul, s. 366–368.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]