Mis (II)oksid

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mis (II)oksid
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu CuO[2]
Molyar kütlə 79,545 q/mol
Fiziki xassələri
Sıxlıq 6,31 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 1447 [1] °S
Qaynama nöqtəsi 2000 °S
Buxarın təzyiqi 0 ± 1 mm Hg[3]
Təsnifatı
CAS-da qeyd. nöm. [1317-38-0]
PubChem
RTECS GL7900000
ChemSpider

Mis (II) oksidi (mis oksidi) CuO – iki valentli mis oksididir. Qara kristaldır, normal şəraitdə olduqca sabitdir, suda həll olunmur. Təbiətdə tenorit (melakonit) mineralı kimi mövcuddur.

  • Mis (II) oksidi havada metalik misi qızdırmaqla (1100 ° C-dən aşağı olan temperaturda) almaq olar:
  • 2Cu + O2 = 2СuО
  • Mis (II) hidroksidi, onun nitrat və ya karbonatını qızdırmaqla mis (II) oksidi almaq olar:
  • 2Cu(NO3)2 → 2CuO + 4NO2 + O2
  • CuCO3 → CuO + CO2
  • Cu(OH)2 → CuO + H2O
  • Malaxiti qızdırmaqla CuO alınır:
  • Cu2CO3(OH)2 →2CuO + CO2 + H2O

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]
  • Mis (II) oksid turşularla reaksiyaya qirərək mis (II) duzları və su əmələ qətirir:

CuO + 2HNO3 → Cu(NO3)2 + H2O

  • CuO qələvilərlə qarşılıqlı əritməklə kupratlar alınır:

CuO + 2KOH → K2CuO2 + H2O

11000C qədər qızdırılıqda mis və oksigen alınır. Mis (II) oksidə yaxın qələn mis (II) hidroksid zəif qələvidir. Qələvilərin qatı məhlulu ilə reaksiya zamanı hidrokso-kupratlar əmələ gəlir.

Cu(OH)2 + 2NaOH → Na2 [Cu(OH)2]

Fiziki xassələri

[redaktə | mənbəni redaktə et]

Mis (II) oksidi monoklin kristal sisteminə aiddir.

CuO, yaşıl və mavi rəng vermək üçün şüşə istehsalında istifadə olunur. Bundan əlavə, mis oksid mis — yaqut şüşələrin istehsalında istifadə olunur. Mis(II) oksidi quru batareyalar hazırlamaq üçün istifadə edilə bilər.

  1. под давлением О2
  2. Cu(II) oxide (ing.).
  3. http://www.cdc.gov/niosh/npg/npgd0151.html.
  • Реми Г. "Курс неорганической химии" М, 1963
  • M. K. Bağıyeva. Ümumi və qeyri-üzvi kimya praktikumu. Bakı-2012