Mir Sədi ağa
Mir Sədi ağa | |
---|---|
Mir Sədi Mir Ziyəddin oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Mirlər, Cəbrayıl qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Mirlər, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ |
Mir Sədi ağa — övliya.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mir Sədi ağa 1898-ci ildə Azərbaycanda Qubadlı rayonunun Mirlər kəndində dünyaya gəlmişdir. Mir Sədi ağa Nəqşibəndilik təriqətinin böyuk mürşidlərindən biri olmuşdur. Mir Sədi ağa Mir Həmzə Nigarinin soyundandır. Zəmanəsinin böyük övliyası olan bu zat sovet rejiminin repressiya qurbanlarındandır. Ömrünün 17 ilini fasilələrlə məhbəsdə keçirib. Kəramətlərilə məşhurdur. Bundan əlavə Mir Sədi ağanın qəzəlləri, şerləri və nəsihətləri vardır. 1961-ci ildə Qubadlı rayonunda dünyasını dəyişib.
Məni məhbus edəni görüm aləmdə xar olsun,
Onun da könül evi mənimki tək tar-mar olsun.
Yetişməsin kamına heç bilməsin eşqin dadını,
Sevdiyi sevgilisi özgələrə yar olsun.
O, bimürvət saldı bir quru böhtanə məni ,
Məndən artıq demirım ,Mənlə bərabər olsun.
Özü çəkdikcə bilər başqa cavanlar nə çəkir,
Etdiyi zülmlər qoy ona aşkar olsun.
Baxıban pəncərədən yarını əğyar ilə görsün,
Qana dönsün ciyəri gözləri ağlar olsun.
Qapısı, pəncərəsi bağlı qalsın həmişə,
Ürəyi, ömrü boyu qüsseyi qubar olsun.
Möhtac qalıb köməyə Yusifi-Kənanı çağırsın,
Hə Xudadan, nə İmamdan ona bir kam olsun.
Mirsədiyəm qarğamaram özgə bəlaya onu Mən,
Xoş günü zindan evi , dar günü məzar olsun.