Minik avtomobili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Minik avtomobili — sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi.

Minik avtomobillərini yerinə yetirdiyi funksiyalara görə Fərdi minik avtomobilləri, Taksi minik avtomobili ləri, İdarə, müəssisə və Təşkilatlara məxsus olan minik avtomobilləriqeyri müntəzəm sərnişin daşımalarını yerinə yerirmək üçün istifadə edilən minik avtomobilləri kimi təsnifata ayırmaq olar.

Minik avtomobillərinin təsnifatı

Kuzasının növü görə avtomobilləri qapalı (limuzin, sedan, universal), açıq (fayton, kabrolet, torpedo) və kombinə edilmiş (açılabilən) kuzalı olurlar. Qapılarının sayına görə kuzalar 2, 4 və 5 qapılı olurlar.

Mühərrikin işçi həcminə (litrlə) görə və öz kütləsinə görə minik avtomobilləri ən kiçik (1.2-dən az), böyük (3.5-dən çox) və ali (məhdudlanmır) siniflərə bölünürlər. Minik avtomobilləri əvvəllər tətbiq olunan sovet təsnifatında əsas təsnif əlaməti olaraq mühərrikin işçi həcmi istifadə olunurdu. Müasir avtomobilqayırma praktikasında bir modeldən olan avtomobillərin müxtəlif həcmli və güclü mühərriklərlə təchiz olunmasının geniş yayıldığı nəzərə alınarsa bu cür təsnifat səmərəli deyildir. Ona görə də, adətən minik avtomobillərinin Avropa təsnifatından istifadə edilir. Belə təsnifatda Minik avtomobilləri qabariti və kuza və şassinin konstruksiyasının xüsusiyyətlərinə görə fərqləndirilir. Təsnifatda istehlak məqsədləri və bazarın marketinq seqmentasiyası üçün şərti olaraq 10 qrup-altı sinif (A-dan F-ə qədər latın hərifləri ilə işarələnir) və dörd kuza və ya şassi növü ayırd edilir.

Kuzasının növünə görə; Qapalı, Limuzin, Sedan, Furqon – Van, Universal, Hetçbek.

Kuzasının növünə görə; Açıq, Fayton, Kabrolet, Torpedo - Kupe, Pikap, Kupe, Kupe Sport,

Kombinə edilmiş (açılabilən, Kabrio, Rodster – Raritet (Nadir, Fayton,


Minik avtomobillərinin ümumi istifadə və təyinat süsusiyyətlərinə görə tipləri isə bunlardır (şərti):

Şəhər tipli avtomobillər Ailəvi avtomobillər Yolsuzluq avtomobilləri Yolsuzluq avtomobilləri krossoverlər İdman tipli avtomobillər