Mil Mi-28
Mi-28 | |
---|---|
Ми-28 | |
Tipi | Hücum helikopteri |
Hazırlayan | Mil Moskva Helikopter Zavodu |
İstehsalçı | SSRİ Rusiya |
Dizayner | Mil helikopter zavodu |
İlk uçuş | 10 noyabr 1982[1] |
İstismara verilmə tarixi | 15 oktyabr 2009 (Mi-28N)[2] |
Status | İstismarı davam edir |
İstismarçılar | Rusiya |
İstehsal ili | 1982 - davam edir |
Buraxılış sayı | 126+[3] |
Vahidinin qiyməti | 15-16 milyon ABŞ $ (2002) |
Vikianbarda əlaqəli mediafayllar |
Mi-28 (NATO kod adı Havoc) döyüş helikopteri Rusiya istehsalıdır. Ruslar ötən əsrdə apardığı müharibələrdə çoxlu sayda Mi-24 tipli döyüş helikopterlərindən istifadə edib. Xüsusi ilə bu özünü Çeçenistanda daha qabarıq şəkildə büruzə verdi. Bundan sonra rus mutəxəssisləri daha mükəmməl helikopter yaratmaq üçün işə başladılar. Beləliklə 70-ci illərin sonu 80-ci illərin əvvəllərində Mi-28 və Ka-50 döyüş helikopterləri istehsal olundu. Silahlanması haqqında indinin özündə də çox az məlumat verilir.
Variantları
[redaktə | mənbəni redaktə et]Mi-28
[redaktə | mənbəni redaktə et]İlkin istehsal variantı. İlk uçuşunu 1982-ci ildə həyata keçirmişdir.
Mi-28A
[redaktə | mənbəni redaktə et]Tank əleyhinə silahlarla təchiz olunmuş istehsal variantı.
Mi-28N Havoc
[redaktə | mənbəni redaktə et]İstənilən hava şəraitində verilən tapşırığı yerinə yetirə bilir. Termoqrafik kamera və lazer məsafəölçənlə təchiz olunmuşdur. Maksimum qalxma ağırlığı 11,500 kq olan bu varianta 2,350 kq ağırlığında silah yüklənə bilər.
Mi-28NM
[redaktə | mənbəni redaktə et]Yeni modernizasiya olunmuş variant. Fərqli silah idarəetmə sistemləri və yeni radarla təchiz olunmuş bu variant ilk uçuşunu 2016-cı ilin oktyabrında həyata keçirmişdir.[4]
Mi-28D
[redaktə | mənbəni redaktə et]Mi-28N variantına oxşardır, lakin üzərində radar yoxdur.
Mi-28NAe
[redaktə | mənbəni redaktə et]Şimali Koreyaya təklif olunan ixrac variantı.
Mi-40
[redaktə | mənbəni redaktə et]Silahlı nəqliyyat variantı. Prototip mərhələsinə qədər çatmayıb.
Mi-28UB
[redaktə | mənbəni redaktə et](Učebno-Bojevoj — təlim və döyüş) Mi-28N-in təlim məqsədilə hazırlanmış variantdır. Təlim helikopteri kimi fəaliyyət göstərməsinə baxmayaraq, həm də hücum helikopteri kimi də istifadə edilə bilər.[5]
İstifadəçilər
[redaktə | mənbəni redaktə et]- Əlcəzair: 6, əlavə 36 ədəd sifariş verilib.[6]
- İraq: 11, əlavə 4 ədəd sifariş verilib.[7]
- Rusiya: 81, əlavə 14 ədəd sifariş verilib.
- Venesuela: 10 ədəd sifariş verilib.
Qəzalar
[redaktə | mənbəni redaktə et]- 15 fevral 2011-ci ildə Rusiyanın Stavropol bölgəsində Mi-28 helikopterinin qəzaya uğramışdır. Pilotlardan biri həlak olmuşdur.[8]
- 12 aprel 2016-cı ildə Suriyanın Homs şəhəri yaxınlığında Mi-28N helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər ekipaj üzvü həlak olmuşdur.[9]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
- ↑ "Arxivlənmiş surət". 2012-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
- ↑ "Arxivlənmiş surət". 2010-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
- ↑ "Arxivlənmiş surət". 2017-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
- ↑ "Arxivlənmiş surət". 2017-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
- ↑ "Arxivlənmiş surət". 2017-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
- ↑ "Arxivlənmiş surət". 2019-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
- ↑ "Arxivlənmiş surət". 2019-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
- ↑ "Arxivlənmiş surət". 2016-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
Hərb ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |