Middahten Qalası
Middahten Qalası | |
---|---|
Ölkə | |
52°01′09″ şm. e. 6°04′10″ ş. u.HGYO | |
middachten.nl | |
Vikianbarda əlaqəli mediafayllar |
Middahten Qalası — Hollandiyaın De Steq vilayətində yerləşən qala. Qala dövlət tərəfindən qorunan tarixi malikanədir.[1] 1991-ci ildə Hollandiya Səhiyyə və Mədəniyyət Nazirliyi tərəfindən müstəsna hallarda "Xüsusi mühafizə tələb edən 100-dən çox tarixi daşınmaz abidənin" siyahısına daxil edilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Middahten ilk dəfə 1190-cı ildə Jacob de Mitdakın yazılarında qeyd edilmişdir.[2] Qala 1625-ci ilə qədər bir neçə dəfə dağıdılıb və yenidən tikilmişdir. Binanın ən qədim hissələri 1354-1357-ci illərə aiddir. Qala indiki görkəmini 1694-1697-ci illərdə əsaslı təmir və genişləndirmə zamanı almışdır. Binanın fasadı XIV Ludovikin zamanına aid olan zərif klassik formada bəzədilib.[3]
Görünüşü
[redaktə | mənbəni redaktə et]Middahten Qalası dörd tərəfli rizalitli kvadrat formada tikilidir. Vestibulu və pilləkəni XIV Ludovikin üslubundadır və memarlıq cəhətdən əhəmiyyəti var. Digər otaqlarda da köhnə kaminlərini, divar panellərini saxlayır. Malikanə ağaclarla örtülüb və ağaclardan birinin Hollandiyanın ən qədim sidr ağacı olduğu deyilir
Bağı
[redaktə | mənbəni redaktə et]1698-ci ildə qala yenidən qurulduqdan sonra bağın tikintisinə başlanılmışdır. 1700 və 1725-ci illər arasında salınan bağ Versal bağları üslubunda tikilmişdir.
Qallereyası
[redaktə | mənbəni redaktə et]-
Middahten Qalası
-
1743-cü ildə Middahten
-
Oyma. Middahten qalası
-
Oyma. Middahten qalası
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
- ↑ "Arxivlənmiş surət". 2024-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
- ↑ https://web.archive.org/web/20230625181256/https://www.dbnl.org/tekst/sten009monu05_01/sten009monu05_01_0050.php