Mixail Romanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mixail Romanov
Şəxsi məlumatlar
Doğum tarixi 22 noyabr (4 dekabr) 1878[1][2][…]
Doğum yeri
Vəfat tarixi 13 iyun 1918(1918-06-13)[3] (39 yaşında) və ya 12 iyun 1918(1918-06-12)[4] (39 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Atası III Aleksandr[1][2][…]
Anası Mariya Fyodorovna[6]
Hərbi xidmət
Rütbəsi general adyutant[d] (1916), general-leytenant (1916)
Döyüşlər

İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mixail Aleksandroviç (rus. Михаи́л Алекса́ндрович, 22 noyabr (4 dekabr) 1878[1][2][…], Puşkin[d], Sankt-Peterburq quberniyası[d][3]13 iyun 1918[3] və ya 12 iyun 1918[4], Perm[5]) ― böyük knyaz, imperator III Aleksandrın oğlu, II Nikolayın kiçik qardaşı. General-leytenant.

Mixail 22 dekabr 1878-ci ildə imperator III Aleksandrla, imperatriça Mariya Fyodorovnanın beşinci övladı olaraq dünyaya gəlmişdir. 1 noyabr 1894-cü ildə III Aleksandr 49 yaşında vəfat edir və böyük oğlu Nikolay taxta çıxır. 1899-cu ilədək II Nikolayın vəliəhdi qardaşı Qeorqi idi. Ancaq 28 iyun 1899-cu ildə Qeorqi Aleksandroviçin vərəm xəstəliyi səbəbi ilə ölümündən sonra rus taxt-tacının vəliəhdi Mixail olur. O bu titulu 12 iyul 1904-cü ilə, II Nikolayın oğlu Alekseyin doğumuna qədər daşıyır.

Birinci dünya müharibəsi başladıqdan sonra Mixail 24 avqust 1914-cü ildən əsasən, "Vəhşi diviziya"[7] kimi tanınan Qafqaz yerli atlı diviziyasına rəhbərlik etməyə başlayır. 4 fevral 1916-cı ildə Kavaler korpusunun komandirliyinə gəlir. Elə həmin il iyunun 2-si general-leytenant, sentyabrın 1-i general-adyutant rütbələrini alır.

Fevral inqilabının gedişi zamanı II Nikolay hakimiyyətdən imtina edir. O həm də oğlu Alekseydən vəliəhdlik statusunu alaraq taxt-tacı bu zaman Qatçine şəhərində olan Mixailə həvalə edir. Mixail isə öz növbəsində xalqın razılığı olduqdan sonra imperator olmasının mümkünlüyünü bildirir və müvəqqəti hökumətdən tabe olmağı istəyir. Duma isə Mixaili məcbur edərək ondan çətin anda hökmdarlığı öz üzərinə götürmə vədini alırlar. Mənbələr göstərir ki, fevral inqibalı boyu Mixail imperiyanı qorumaq üçün səy göstərmiş və taxt-tac istəyində olmamışdır. Amma uğurlu Oktyabr inqilabı[8] sonra həbs edilən Mixail Qatçinada ev dustağına çevrilir. 1918-ci ilin martında Perm quberniyasına aparılır. Mixail Romanov və katibi Nikolay Nikolayoviç Jonson 1918-ci ilin iyunun 12-dən 13-nə keçən gecə yerli polis işçiləri tərəfindən oğurlanaraq Perm ətrafında öldürülürlər. İndiyə qədər dəf yeri məlum deyil. Hazırda yayılmış mülahizəyə əsasən Mixailin Aleksandroviçin ölümündə əsas səbəbkarlar Perm polis idarəsinin rəisi İvançenko və Ümumrusiya Mərkəzi İcrayə Komitəsi üzvü Myasnikov olmuşdur.

1907-ci ildən etibarən Mixail Natalya Serqeyevna Şeremetyevskaya ilə görüşməyə başlayır. 1910-cu ildə onların evlilikdən kənar oğulları Qeorqi doğulur. Mixail və Natalya 17 oktyabr 1912-ci ildə Vyanada morqanatik izdivaca[9] girirlər. Ancaq nə II Nikolay və anası Mariya Fyodorovna, nə də ki Romanovların digər üzvləri buna qədər 2 dəfə ailə həyatı qurmuş Natalya ilə evliliyi qəbul etmirlər. Nəticədə Mixail bütün vəzfilərindən kənarlaşdırılır və ona bir müddət Rusiyaya gəlmə qadağası qoyulur. Oğlu Qeorqi 13 noyabr 1913-cü ildə imperatordan Mixayloviç Brasov soyadını, 26 mart 1915-ci ildə qraf titulunu alır. Oktyabr inqilabından sonra anası ilə birgə gizli şəkildə Böyük Britaniyaya qaçır, daha sonra isə Fransaya köçürlər. Qeorqi 21 iyul 1931-ci ildə Parisdə avtomobil qəzasında ağır yaralanır və vəfat edir.

  • 24 avqust 2016-cı ildə Oryol şəhərində, Moskva küçəsində Mixail Aleksandroviçin büstünün açılışı olmuşdur.
  • Permdəki evində xatirə lövhəsi qoyulmuşdur.
Mixail Aleksandroviç və Kseniya Aleksandrovnanın uşaqlığı, Edelfeltin əsəri
Mixail və Nataşa
Mixail Aleksandroviç və Pyotr Znamerovski, aprel 1918-ci il.
Mixail Aleksandroviç və həyat yoldaşı Nataşa Brasova, 1913
  1. 1 2 3 Михаил Александрович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1896. Т. XIXа. С. 485.
  2. 1 2 3 Александр III (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 411–413.
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #121113906 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 Find a Grave (ing.). 1996.
  5. 1 2 https://historyatrandom.wordpress.com/2013/01/06/the-last-tsars-siblings-romanovs-and-the-russian-revolution/.
  6. Lundy D. R. Mikhail Aleksandrovich Romanov, Grand Duke of Russia // The Peerage (ing.).
  7. Анатолий Горлов. "Всадники «Дикой дивизии»". Российская газета. 2014-04-15. 2014-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-13.
  8. İnqilab yulian təqviminə görə 25 oktyabr, qriqoryan təqviminə əsasən isə 7 noyabrda başlayıb. Ancaq tarixən adəti olaraq oktyabrla əlaqələndirilir.
  9. Aşağı mövqədəki tərəfin bu evlilik nəticəsində həyat yoldaşı kimi eyni yüksək sosial status almadığı bir nikah növüdür.