Mehkad Bruks

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mehkad Bruks
Doğum adı Mehcad Jason McKinley Brooks
Doğum tarixi 25 oktyabr 1980(1980-10-25) (44 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, televiziya aktyoru, model[d], kino aktyoru
Fəaliyyət illəri 2002-ci ildən
Təhsili
Boyu 191 sm
IMDb ID1419635
mehcad-brooks.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mehkad Ceyson MakKinli Bruks (ing. Mehcad Jason McKinley Brooks; 25 oktyabr 1980, Ostin) — ABŞ aktyoru və model. O, daha çox «Ümidsiz evdar qadınlar» teleserialındakı Metyu Apprayt və «Lazımsız kobudluq» teleserialındakı Ti Key rolları ilə tanınır.

Mehkad Ceyson MakKinli Bruks 25 oktyabr 1980-ci il tarixində ABŞ-nin Texas ştatında yerləşən Ostin şəhərində anadan olmuşdur.

Bruks orada L.K. Anderson adına orta məktəbdə təhsil almışdır. 1999-cu ildə oradan məzun olan Bruks Cənubi Kaliforniya Universitetinin Kinematoqrafiya və Televiziya fakültəsinə daxil olmuşdur. Bruks 2010-cu ilin sentyabr ayında bildirmişdir ki, o, basketbol üzrə tədris almaqdan imtina etmiş və daha sonra aktyorluq karyerasına start vermək üçün universiteti tərk etmişdir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Mehkad keçmiş NFL oyunçusu Billi Bruksun oğludur. Onun ögey atası hüquqşünas Geri Bledso.[1]

Bruks "IGN" ilə keçirdiyi müsahibədə bildirmişdir ki, o, video oyunları, xüsusilə də "Madden NFL 07" və "NBA 2K" kimi kiberidman, o cümlədən "Call of Duty" və "Medal of Honor" kimi döyüş oyunlarını sevir.[2]

Bruks «Məxluq» filmindəki həmkarı Serinda Suon ilə sevgili olmuş, ancaq 2011-ci ildə ondan ayrılmışdır.[3][4]

Bruks Emanuela de Paula ilə birlikdə "GQ" jurnalının iyul 2010-cu il buraxılışında təsvir edilmişdir.[5]

  1. Ro, Deyl. "Austin's Mehcad Brooks dives into 'Deep End'". austin360.com (ingilis). January 23, 2010t. September 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
  2. Con, Qaudiosi. "Necessary Roughness Star Mehcad Brooks Talks Games". Interview (ingilis). IGN Entertainment. June 12, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
  3. Çelix, Loreyn. "Serinda Swan on 'Graceland' and Her Go-To Red-Carpet Designers". Elle (ingilis). January 30, 2013. June 22, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
  4. "Mehcad Brooks & Serinda Swan: 'Creature' Couple!". Hollywire (ingilis). December 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.
  5. Smith, Karter. "Try To Keep Your Trunks On". GQ (ingilis). April 28, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 12, 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]