Martin Linqs

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Martin Linqs
Doğum tarixi 24 yanvar 1909(1909-01-24)[1][2][…]
Vəfat tarixi 12 may 2005(2005-05-12)[1][2][…] (96 yaşında)
Təhsili
  • Maqdalin Kolleci[d],
  • London Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq Məktəbi[d]
Fəaliyyəti kitabxanaçı, universitet müəllimi[d], yazıçı, tarixçi, şair, filosof
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Martin Linqs və ya Əbu Bəkr Siracəddin (24 yanvar 1909[1][2][…]12 may 2005[1][2][…]) — İngiltərəli din tədqiqatçısı[mənbə göstərin]

Martin Linqs 1909-cu ildə İngiltərənin Mançester şəhərində dünyaya gəlmişdir. Xristian protestant ailədə göz açsa da, gənclik illərində dini mövzudakı suallara qənaətbəxş cavab tapmaması onun ateizmə meyil göstərməsinə səbəb olmuşdur.

Həyatının sonrakı illərində ədəbiyyat sahəsinə marağı artan Linqs Oksford Universitetində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlasa da, daxilindəki mənəvi boşluq iyirmi beş yaşında onu dünya dinlərini tədqiq etməyə istiqamətləndirmişdir. Nəhayət, İslamla yaxından tanış olmağa başlamış və bu sahədə çoxlu ədəbiyyat mütaliyə etmişdir.

1938-ci ildə Şimali Afrikada səfərdə olarkən orada böyük sufi şeyxi Əhməd Ələvi əş-Şazəli ilə görüşmüşdür. Məhz bu görüş onun həyatının dönüş nöqtəsi hesab edilir. Martin İslamı qəbul edərək Əbu Bəkr Siracəddin adını almış, bir ildən sonra isə Misirə gələrək, Qahirə Universitetində ingilis ədəbiyyatından, əsasən, Şekspirin yaradıcılığından dərs deməyə başlamışdır.

1948-ci ildə İngiltərəyə qayıdan Martin Linqs London Universitetində ərəb dili üzrə mütəxəssis diplomuna yiyələnmiş, 1955-ci ildən başlayaraq uzun müddət Britaniya muzeyinin Şərq əlyazmaları (əsasən ərəbdilli mətnlər) şöbəsinin müdiri vəzifəsində çalışmış və bu sahədə çoxlu tədqiqatlar aparmışdır.

Həyatı boyu İslam dəyərlərinə, müsəlman mədəniyyətinə xüsusi bağlılığı ilə seçilən Martin Linqs (Əbu Bəkr Siracəddin) 2005-ci ilin may ayında 98 yaşında İngiltərədə vəfat etmişdir.

  • "Qədim inanclar, müasir xurafatlar"
  • "İyirminci əsrdə bir vəli"
  • "Təsəvvüf nədir?"
  • "On birinci saat"
  • "Əminlik kitabı"
  • "Şekspirin müqəddəs sənəti"
  • "Quran xəttatlığı nümunələri"
  • "Məhəmməd: ilk mənbələr əsasında Onun həyatı" (ing. Muhammed: His Life Based on The Earliest Sources) — (1983)

Şair ruhlu yaradıcı insan olan Martin Linqsin iki şeir kitabı da işıq üzü görmüşdür. Yazdığı məqalələr isə "Müqayisəli din tədqiqatları", "Rüblük İslam" dərgilərində, həmçinin "Yeni İslam ensiklopediyası" və "Britannika" ensiklopediyasında dərc olunmuşdur.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Martin Lings // AlKindi.