Marta Argerix
Martha Argerich | |
---|---|
Martha Argerich | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Argentina,Buenos-Ayres |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Pianoçu |
Fəaliyyət illəri | 1945-ci ildən |
Janr | klassik musiqi |
Musiqi aləti | piano |
Albom şirkətləri | Doyçe Qrammofon[d], EMI[d], Decca Records[d] |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Marta Argerix isp. Martha Argerich, (başqa oxuma – Marta Argeriç) 5 iyun 1941-ci ildə Buenos-Ayresde anadan olub) Argentina pianoçusu[1]. Səhnədə ilk çıxışı 1949-cu ildə olmuşdur. 1955-ci ildən Avropada (2003-cü ildən Brüsseldə) yaşayır. F.Qulda, N.Maqalov və A.Benedetti Mikelancelidən dərs almışdır. Bolsanoda F. Buzoni adına beynəlxalq müsabiqənin (1957) mükafatına, musiqiçi -ifaçıların Cenevrədə (1957). Varşavada Frederik Şopen adına (1965) beynəlxalq müsabiqələrinin birinci mükafatına layiq görülmüşdür. Argerixin geniş repertuarında romantik musiqi (əsasən, F. Şopen və R. Şumanın) xüsusi yer tutur. Ş. Dütuanın, G. Kremerin. M. Mayskinin, M.L. Rostropoviçin. A. Rabinoviç-Barakovskinin və başqa iştirakı ilə orkestr və kamera ansambllarında çıxış etmişdir. İfası "Deutsche Grammophon", "EMİ", "Teldec", "Philips" və s. firmalar tərəfındən yazılmışdır. Hər il keçirilən musiqi festivalı (İsveçrə, Luqano; 2002-ci ildən) və Argerix adına pianoçular müsabiqəsinin (Buenos-Ayres, 1999, 2003) təşkilatçısıdır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İjon-Piser Sullyet, 88 notes pour piano solo, "Solo nec plus ultra", Neva Editions, 2015, p.50. ISBN 978 2 3505 5192 0.
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. 608 səh. ISBN 978-9952-441-02-4.