Markos Botsaris

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Markos Botsaris
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1788
Doğum yeri
Vəfat tarixi 21 avqust 1823(1823-08-21)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Vətəndaşlığı  Osmanlı imperiyası
Hərbi fəaliyyəti
Mənsubiyyəti Fransa Fransa (1807–1814)
Yunanıstan İnqilabi Yunanıstan (1821–1823)
Rütbəsi yunan ordusu generalı
Döyüşlər Yunanıstan İstiqlaliyyət müharibəsi
Messolongionun Ilk mühasirəsi
Peta döyüşü
Karpenisi döyüşü
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Markos Botsaris (yun. Μάρκος Μπότσαρης; təq. 1788, Suli[d]21 avqust 1823, Karpenisi[d]) ― yunan[1] general, Yunanıstan İstiqlaliyyət müharibəsinin qəhrəmanı və suliotların kapitanı.[2] Botsaris Yunanıstanın ən tez-tez yada salınan milli qəhrəmanlarından biridir.

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Botsaris suliotların aparıcı klanlarından birində, Epirin Suli bölgəsində anadan olmuşdur.[3] O, 1813-cü ildə Əli Paşanın əmri ilə Arta şəhərində öldürülən Kitsos Botsarisin oğlu idi.[4] Botsaris sülaləsi Paramifiya yaxınlığındakı Draqani (indiki Ambelia) kəndindən gəlirdi.

Fransa ordusu və Sulidə repatriasiya

[redaktə | mənbəni redaktə et]

1803-cü ildə Əli Paşa Sulini ələ keçirdikdən sonra Botsaris və qalan sulitlər İon adalarına keçdilər, burada 11 il Fransa ordusunun alban alayında xidmət etdi və alayın zabitlərindən biri oldu.[5]

1815-ci ildə Epirə qayıtdı.[6] 1820-ci ildə digər suliotlarla birlikdə yenidən Epirə qayıtdı və Əli Paşanın başçılıq etdiyi İoannina mühasirəsində osmanlı ordusunda qarşı vuruşdu, lakin qısa müddətdən sonra suliotlar tərəflərini dəyişdilər və köhnə bölgələri Suli əvəzində osmanlılarla çiyin-çiyinə vuruşdular. 1821-ci ildə Xristofer Perrevos Epirə çatdı və suliotlara Fili Eteriyanın mövcudluğu və yaxınlaşan müstəqillik müharibəsi haqqında məlumat verdi.[7]

Markos Botsarisin 1820-ci il oktyabr ayında Sulidə qaldırdığı bayraq. Onun üzərində Müqəddəs Georqun təsviri ilə yanaşı yunan dilində Azadlıq-Din-Ata yurdu da yazılıb

Yunanıstan İstiqlaliyyət müharibəsi

[redaktə | mənbəni redaktə et]
Botsaris türk düşərgələrini təəcübləndirir və ölümcül yaralanır. Ejen Delakruanın əsəri

1821-ci ildə Botsaris Osmanlı imperiyasına qarşı inqilabda iştirak etdi. O və digər Suli kapitanları (Kitsos Dzavelas, Notis Botsaris, Lampros Veikos, və Giotis Danqlis) yalnız suliot yoldaşlarını öz dəstələrinə cəlb edirdilər.[2] Yunanistan istiqlal müharibəsinin başlanğıcında Yunanıstanın qərbindəki döyüşlərdə partizan lideri kimi cəsarəti, inadı və təcrübəsini nümayiş etdirdi və şəhərin ilk mühasirəsi zamanı (1822–1823) Messolongionun müdafiəsində özünü göstərdi.

Rəşadətini və mükəmməl strateji düşüncəsini dəyərləndirən Yunanistan hökuməti onu qərbi Yunanıstanda general rütbəsini verdi. Bu hərəkət rütbəsiz qalan yunan liderlərini qəzəbinə səbəb oldu, buna görə Botsaris rütbələrə əhəmiyyət vermədiyini, yalnız ölkəsinin ümumi rifahı üçün vuruşduğunu göstərmək üçün cavab olaraq hərbi diplomasını cırdı.[8]

21 avqust 1823-cü ildə, gecə vaxtı 350 suliot döyüşçülərlə Karpenisiona yürüşə başçılıq etdi, onların qarşısında ordunun avanqardını təşkil edən 4.000 alban əsgəri dayanırdı. Bu ordu ilə Şkoder (Albaniyanın müasir şimal şəhəri) paşası Mustafa Rəşid Buşati mühasirəni gücləndirməyə niyyətlənirdi.[9] Botsarisin adamları düşmən düşərgəsinə pusqu quraraq ağır itkilər yaşatdılar, lakin Botsaris başından qüllə yarası aldı və öldü.[10]

Botsaris Missolongidə urvatlı dəfn olundu. Osmanlılar şəhəri ələ keçirdikdən sonra, 1826-cı ildə osmanlı alban qrupları məzarı təhqir etdilər.[11]

Ailəsi və yoldaşları

[redaktə | mənbəni redaktə et]

Onun ailəsinin bir çox üzvləri Yunanıstan siyasi quruluşunun əsas fiqurlarına çevrildi. Karpensidə də vuruşmuş və zəfəri tamamlayan Markosun qardaşı Kostas (Konstantin) Botsaris sonradan Yunanıstan krallığında hörmətli yunan generalı və parlamentçi oldu.[12] O, 13 noyabr 1853-cü ildə Afinada öldü. Onun qızı Katerina "Roza" Botsari yunan kraliçası Amaliya Oldenburqlunun xidmətçisi idi. Markosun oğlu, 1813-cü il təvəllüdlü Dimitrios Botsaris krallar I OttonI Georqun zamanı üç dəfə müharibə naziri olmuşdur.[13] O, 17 avqust 1870-ci ildə Afinada vəfat etdi.

Tanınmış xeyirxah və müasir Olimpiya Oyunlarının qurucusu Yevangelis Zappas Markos Botsarisin adyutantı və yaxın dostu idi.[14]

  1. F. C. H. L. Pouquevile, "The History of the Greek Revolution, the Resurrection of Greece", volume IV, Athens 1890, page 239–248.
  2. 1 2 Brigands with a Cause, Brigandage and Irredentism in Modern Greece 1821–1912, by John S. Koliopoulos, Clarendon Press, Oxford. 1987. p. 53. ISBN 0-19-822863-5
  3. Katherine Elizabeth Fleming. The Muslim Bonaparte: diplomacy and orientalism in Ali Pasha's Greece Arxivləşdirilib 2021-04-21 at the Wayback Machine. Princeton University Press, 1999. ISBN 978-0-691-00194-4, p. 99"The Souliotes, a Greek-speaking tribe of Albanian origin… Ali had tried off and over…"
  4. Nikos Giannopoulos, Stratiotic History, part 138, 2008, page 11, Publications Periskopio
  5. Zamoyski, Adam. Holy madness: romantics, patriots, and revolutionaries, 1776–1871. Viking. 2000. səh. 232. ISBN 0-670-89271-8. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-21.
  6. Nikos Giannopoulos, "Markos Botsaris, the absolute exemplar of heroism", Military History, issue 138, 2008, page 11, Publications Periskopio
  7. Nikos Giannopoulos, "Markos Botsaris, the absolute exemplar of heroism", Military History, issue 138, 2008, page 12, Publications Periskopio
  8. Nikos Giannopoulos, "Markos Botsaris, the absolute exemplar of heroism", Military History, issue 138, 2008, page 16, Publications Periskopio
  9. Nikos Giannopoulos, "Markos Botsaris, the absolute exemplar of heroism", Military History, issue 138, 2008, page 17, Publications Periskopio
  10. Dakin, Douglas. The Greek struggle for independence 1821–1833. Berkeley: University of California Press. 1973. səh. 102. ISBN 9780520023420. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.
  11. Βαρβαρήγος, Ποθητός. Θρησκεία και Θρησκευτική Ζωή κατά τον πόλεμο της Ανεξαρτησίας (yunan). University of Thessaloniki. 73, 98. 25 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 February 2013.
  12. University of Chicago. Encyclopædia britannica: a new survey of universal knowledge, Volume 3. Encyclopædia britannica, inc. 1946. səh. 957. Marco Botsaris’s brother Kosta (Constantine), who fought at Karpenisi and completed the victory, lived to become a general and senator in the Greek Kingdom. Kosta died in 1853..
  13. University of Chicago. Encyclopædia britannica: a new survey of universal knowledge Arxivləşdirilib 2016-09-26 at the Wayback Machine. Encyclopædia britannica, inc., 1946, p. 957
  14. The Modern Olympics, A Struggle for Revival, by David C. Young. p. 13. 1996 The Johns Hopkins University Press. ISBN 0-8018-5374-5