Mainz Dövlət Muzeyi
Mainz Dövlət Muzeyi | |
---|---|
Əsası qoyulub | 1937 |
Ölkə | |
Yerləşir | Mayns |
50°00′13″ şm. e. 8°16′04″ ş. u.HGYO | |
landesmuseum-mainz.de/en… | |
Vikianbarda əlaqəli mediafayllar |
Mainz Dövlət Muzeyi — Almaniyanın Mainz şəhərində yerləşən incəsənət və tarix muzeyi. 2010-cu ilin mart ayında geniş təmirdən sonra tam şəkildə yenidən açılmışdır.[1]
Muzey Napoleon və Şaptalın 1803-cü ildə Mains şəhərinə hədiyyə etdiyi rəsmlər kolleksiyasına əsaslanır.
İndiki adını muzey 1986-cı ildə alıb və 2004-cü ildən 2010-cu ilə qədər təmir edilib və modernləşdirilib.[2][3]
Mainz Dövlət Muzeyində həmçinin tədris tədbirləri keçirilir.[4]
Kolleksiyaları
[redaktə | mənbəni redaktə et]E.ə. və Qədim Roma əşyaları kolleksiyası
[redaktə | mənbəni redaktə et]Maynts bölgəsindən qədim əşyalar, o cümlədən e. ə. aid olan Veneraya bənzər heykəl, son daş dövrünə aid daş baltalar, Roma daş abidələri, tunc və mərmər büstlər, I-ci əsrə aid Roma Yupiter sütunu və s.
Şahzadə İohan Georqun kolleksiyası
[redaktə | mənbəni redaktə et]Kolleksiyaya şahzadə İohann Georq tərəfindən yığılmış Yaxın Şərq tapıntıları, o cümlədən orta əsr ikonaları, Bizans incəsənəti və Misir relikviyaları aiddir.
Orta əsrlər kolleksiyası
[redaktə | mənbəni redaktə et]Bizans dəbilqələri, fil dişindən Madonnanın heykəlciyi, Məryəmı təsvir edən rəsmlər və s.
Renessans kolleksiyası
[redaktə | mənbəni redaktə et]Lorenzo di Credi, Hans Baldung Grien,[5] Peter Binoit, Filipp de Şampaigne,[6] Uillem Klaeszon Heda və Jan Bardininin əsərləri daxildlr.
Barokko kolleksiyası
[redaktə | mənbəni redaktə et]Kolleksiyaya Almaniya, Fransa, Hollandiya və İtaliyadan XVII-XVIII əsrlərə aid rəsm, heykəltəraşlıq, taxta və çini məmulatları, Maksimilian von Velşə məxsus avadanlıq dəsti daxildir.
XIX-XX-ci əsr rəsmləri
[redaktə | mənbəni redaktə et]Filip Veith, Vilhelm Lindenşhmit, Maks Liebermann, Lovis Korint, Antoni Tapiesin əsərləri və Pablo Pikassonun “Qadın Başı” əsəri.[7]
Qrafik kolleksiyası
[redaktə | mənbəni redaktə et]Edqar Deqa, Pol Sinyak, Alfred Sisley, Pikasso, Uilyam Törner,[8] Adolf fon Menzel və Pol Klinin əsərləri.
Yəhuda
[redaktə | mənbəni redaktə et]Mayns yəhudilərinin tarixindən əşyalar, o cümlədən Gerşom ben Yəhudanın məzar daşı (1049), XVIII-XIX-cu əsrlərə aid mədəni və dini əşyalar,[9] qızıl və gümüş məmulatları.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Landesmuseum Mainz eröffnet und barrierefrei umgebaut Arxiv surəti 21 may 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-05-21 at the Wayback Machine Kobinet Nachrichten, 21 March 2010. Retrieved 25 September 2010.
- ↑ "The history of the Landesmuseum Mainz". 2012-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
- ↑ "Bauphasen". 2012-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
- ↑ Interactive museum Arxiv surəti 13 mart 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-03-13 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
- ↑ "Arxivlənmiş surət". 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
- ↑ "Arxivlənmiş surət". 2012-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
- ↑ "Arxivlənmiş surət". 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
- ↑ https://web.archive.org/web/20110719080525/http://www.fm.rlp.de/news-singleansicht/news/2010/03/landesmuseum-praesentiert-sich-neu/