Mahmud Hüdayi
Mahmud Hüdayi Həzrətləri | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qoçhisar, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | şair, bəstəkar, yazıçı, siyasətçi |
Dini | Xəlvətilik, İslam |
Mahmud Hüdayi Həzrətləri (d. 1541, Şərəfliqoçhisar - ö. oktyabr 1628, İstanbul) — Anadoluda yetişən böyük sufilərdən biri, Sufi İslam təriqətinin bir alt qrupuna aid Bayrami təriqətinin davamı olan Cəlvəti təriqətinin də qurucusudur. 1598-ci ildə Üsküdarda öz adına məscid və dərgah inşa etdirmişdir. Əsl adı Mahmuddur, Hüdayi adını isə sonradan almışdır.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Mahmud Əfəndi Həzrətləri 1541-ci ildə Ankaranın Şərəfliqoçhisar bölgəsində dünyaya gəlmişdir. Atasının adının Fəzlullah ibn Mahmud olduğu bilinir. Uşaqlıq illərini Əskişəhərin Sivrihisar bölgəsində keçirdi. İlk dini təhsilini də məhz burada almağa başladı. Ardından İstanbula gələrək Kiçik Ayasofya mədrəsəsində təhsilini davam etdirdi. Buradakı müəllimlərindən Nazirzadə Ramazan Əfəndi, ona xüsusi diqqət göstərmiş, beləliklə, Mahmud Əfəndi gənc yaşlarında hədis, təfsir və digər elmləri mükəmməl öyrəndi. Təhsilinin ardından müəlliminin yanında köməkçi oldu. Bu illərdə xəlvəti təriqətinin şeyxlərindən Nurəddinzadə Muslihiddin Əfəndinin söhbətlərinə qatıldı və sufizm üzrə irəliləməyə başladı. Bu əsnada müəllimi Nazirzadə Ramazan Əfəndi Ədirnədəki Sultan Səlim mədrəsəsinə müdərris təyin olundu və 28 yaşlı tələbəsi Mahmud Əfəndi də onunla Ədirnəyə getdi. Daha sonra Şam və Misir qazısı təyin olunan müəllimi ilə birlikdə bu şəhərlərə də səyahət etdi. Misirdə olarkən xəlvəti təriqətinin üzvlərindən Kəriməddin Əfəndidən dərslər aldı.
1573-cü ildə Mahmud Hüdayi Əfəndi 33 yaşında ikən müəllimi Ramazan Əfəndi ilə Bursaya geri döndü və Fərhadiyyə mədrəsəsində müdərrisliyə başladı. 3 il bu vəzifədə qaldıqdan sonra müəlliminin vəfatı ilə bütün vəzifələrindən öz istəyilə ayrıldı və Bursadakı xəlvəti şeyxlərindən Şeyx Məhəmməd Üftadənin yanında müridliyə başladı. Daha sonra Şeyx Üftadənin məsləhəti ilə doğulduğu yer olan Sivrihisara getdi. 6 ay burada qaldıqdan sonra Şeyx Üftadənin vəfatı səbəbilə geri döndü. Qısa müddət sonra öncə Rumeliyə, ardından İstanbula getdi və Şeyxülislam Xoca Sadəttin Əfəndinin təyinatıyla Kiçik Ayasofya məscidinin şeyxi olaraq 8 il fəaliyyət göstərdi. Ardından 1589-cu ildə Üsküdardakı Hüdayi dərgahının yerini satın aldı və inşaata başladı. 6 il davam edən inşaat 1595-ci ildə başa çatdı. 1599-cu ildə Fateh məscidi vaizliyindən ayrıldı və Üsküdardakı Mihrimah Sultan məscidində cümə axşamları vaiz verməyə başladı. 1616-cı ildə Sultan Əhməd məscidinin açılışında ilk xütbəni Mahmud Hüdayi Həzrətləri oxudu və hər ayın ilk bazar ertəsi günü burada vaiz verdi.
Üsküdarda çalışdığı illərdə Mahmud Hüdayiyə I Əhməd tərəfindən İstanbulun bir çox yerlərində mülklər bağışlandı. Rəvayətə görə, I Süleymanın, qızı Mihrimah Sultandan doğulan nəvəsi Ayşə Hümaşah Sultan ilə evlənmişdir. 1628-ci ilin oktyabr ayında İstanbulda vəfat etmiş və dərgahındakı türbəsində dəfn olunmuşdur. 6 qızı və 5 oğlu olan Mahmud Hüdayinin nəsli, qızları Ümmügülsüm (ö. 1641), Zeynəb (ö. 1642) və Fatma Zəhra (ö. 1675) vasitəsilə davam etmişdir.
Mahmud Hüdayinin xalqdan sultanlara qədər böyük bir təsir dairəsi var idi. Dövrün padşahları ilə yaxından tanış olmuş, III Murad, I Əhməd və II Osman kimi padşahlara məktub yazaraq məsləhətlər vermişdir. IV Muradın 10 sentyabr 1623 tarixində Əyyub Sultan məscidində baş tutan cülus mərasimində yeni padşah məhz Mahmud Hüdayinin əlindən qılınc qurşanmışdır. Fərhad Paşa ilə Təbriz səfərinə qatılmış və bəzən xüsusi dəvətlərlə saraya gələrək padşahlarla söhbətlər etmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-22.