Mayski (Kabarda-Balkariya)
Mayski | |
---|---|
Майскэ | |
43°38′ şm. e. 44°04′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1819[1] |
Mərkəzin hündürlüyü | 217 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 86633 |
Poçt indeksi | 361110–361115 |
Digər | |
mayadmin-kbr.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Mayski (kab.-çərk. Майскэ) — Rusiya Federasiyası, Kabarda-Balkariyanın ərazisində yerləşən şəhər. Mayski şəhər dairəsinin və Mayski rayonunun inzibati mərkəzidir.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Mayski şəhəri eyni adlı rayonun mərkəzi hissəsində, Çerek və Terek çayları arasında yerləşir. Respublikanın paytaxtı Nalçikdən 45 km şimal-şərqdə, Proxladnı şəhərindən 12 km cənubdadır.
Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənubda Kotlyarevskaya, cənub-qərbdə Psıkod, qərbdə Novo-İvanovo, şimal-qərbdə Oktyabrski, şimalda Sarskoye, şərqdə Krasnoarmeyskoe və Djulat.
Şəhər respublikanın düzənlik zonasında, Kabardın malli düzənliyində yerləşir Şəhərdəki orta hündürlük dəniz səviyyəsindən 217 metrdir.
Şəhərdəki hidroqrafik şəbəkəsi Çerek, Terek və Demenyuk çayları ilə təmsil olunur. Həmçinin şəhərdə bir çox süni su tutarları mövcuddur. Ərazisi yeraltı mənbələrlə və şirin su ehtiyatları ilə zəngindir. Şəhərdəki yeraltı suların dərinliyi cəmi 2-3 metrdir.
Yarı quru mülayim zonada yerləşir[3]. Yayı isti keçir. İyul-avqust aylarında isə temperatur tez-tez + 35 °C-dən yüksək olur. Yanvar ayının orta temperaturu + 1 °C ... -3 °C arasında dəyiişir. Qışı mülayimdir. Qışda temperatur nadir hallarda −15 °C-dən aşağı olur. Şəhər infrastrukturu belə temperatur üçün nəzərdə tutulmamışdır. Orta illik yağıntının miqdarı təxminən 600 mm-dir. Aprel-iyul aylarında aramsız yağışlar, avqust ayında isə Xəzər ovalığından əsən quru küləklər müşahidə olunur.
Tarixi
[redaktə | mənbəni redaktə et]1938-ci ildə Mayski şəhər tipli qəsəbə statusunu alır və Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikasının Mayski rayonunun inzibati mərkəzi olur.
Böyük Vətən Müharibəsi zamanı qəsəbə təxminən üç ay Alman qoşunları tərəfindən işğal altında olur. Ancaq qəsəbənin iqtisadiyyatına ciddi ziyan dəymir.
1965-ci ildə Mayski qəsəbəsi şəhər statusunu alır və Kabarda-Balkariya Muxtar Sovet Sosialist Respublikası tərkibində respublika tabeli şəhərə çevrilir.
Əhali
[redaktə | mənbəni redaktə et]- Urbanizasiya
2019-cu il 1 yanvar tarixinə əsasən Rusiyanın 1115 şəhəri arasında əhalisinin sayına görə 541-ci yerdədir.
- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[4]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
ruslar | 18 736 | 70,0 % |
türklər | 3 056 | 11,4 % |
kabardinlər | 1 503 | 5,6 % |
koreyalılar | 891 | 3,3 % |
qaraçılar | 763 | 2,9 % |
ukraynalılar | 325 | 1,2 % |
digərləri | 1 481 | 5,5 % |
ümumi | 26 755 | 100,0 % |
- Cins tərkibi
2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat[5]:
Yaş | Kişilər, nəf. |
Qadınlar, yaş. |
Ümumi say. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|---|---|
0 — 14 yaş | 2 654 | 2 613 | 5 267 | 19,7 % |
15 — 59 yaş | 7 647 | 8 946 | 16 593 | 62,0 % |
60 yaşdan yuxarı | 1 681 | 3 214 | 4 895 | 18,3 % |
ümumi | 11 982 | 14 773 | 26 755 | 100,0 % |
Kişilər — 11 982 nəf. (44,8 %). Qadınlar — 14 773 nəf. (55,2 %)[6].
Əhalinin orta yaşı — 38,3 yaş. Kişilərin orta yaşı — 35,8 yaş. Qadınların orta yaşı — 40,4 yaş.
Səhiyyə
[redaktə | mənbəni redaktə et]- Mayski rayon xəstəxanası - Lenin k., 10.
- Ambulator şöbə - Lenin k., 7.
- Uşaq şöbəsi - Engels k., 58.
- Mayski Stomatoloji poliklinikası - Lenin k., 37
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ МАЙСКИЙ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ [1] Arxivləşdirilib 2019-04-12 at the Wayback Machine «World Map of Köppen−Geiger Climate Classification»
- ↑ "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2013-08-19 tarixində arxivləşdirilib.
- ↑ "Том 1. Таблица 2.2 Население КБР по возрастным группам и полу". 2018-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
- ↑ "Численность населения КБР по итогам Всероссийской переписи населения 2010 года". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-17.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Городское поселение город Майский
- "Коды ОКАТО — Майский". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-25.
- Код ОКТМО
- Майский — город и район