Mavəraünnəhr

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi bölgələr: Xorasan (A), Mavəraünnəhr (B) və Xarəzm (C)

Mavəraünnəhr və ya Mavəraənnəhr (ərəbcə: ما وراء النهر — ma vəra ün-nəhr "çayın o tayı"), farsca Vərarudlatınca Transoksiana kimi də tanınan Orta Asiyada tarixi bölgə. Əvvəllər Amudəryanın sağ sahilinə nəzərən işlənilən bu adı VIII əsrdə buranı fəth etmiş ərəblər verib. Sonralar "Mavəraünnəhr" toponimi Sırdərya ilə Amudəryanın arasındakı ərazini nəzərdə tuturdu. Fərqanə vadisiPamiri istisna edərək, Mavəraünnəhr qədim Suğdun ərazisini əhatə edir. Bugünkü ÖzbəkistanınTacikistanın böyük qismini ehtiva edir. Səmərqənd, BuxaraXücənd kimi tarixi şəhərlər burada yerləşir.


Dickens, Mark (2018). "Transoxiana". In Nicholson, Oliver (ed.). The Oxford Dictionary of Late Antiquity. Oxford: Oxford University Press. ISBN 978-0-19-866277-8.