Məzəli qız (film)
Məzəli qız | |
---|---|
ing. Funny Girl | |
Janr |
musiqili komediya |
Rejissor | Vilyam Uayler |
Prodüser | Rey Stark |
Ssenari müəllifi | İzobel Lennart |
Baş rollarda |
Barbra Streyzand Ömər Şərif |
Operator | Harri Stredlinq |
Bəstəkar | Jul Stayn |
İstehsalçı | Columbia Pictures |
Distribütor | Columbia Pictures, Netflix |
İlk baxış tarixi | 1968, 28 fevral 1969[2] |
Filmin növü | bədii film |
Müddət | 155 dəqiqə |
Büdcə | 14,1 milyon $ |
Gəlir | 58,5 milyon $[1] |
Ölkə | ABŞ |
Dil | ingilis dili |
İl | 1968 |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-Cersi, Santa-Monika |
IMDb | ID0062994 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
"Məzəli qız" (ing. Funny Girl) — rejissor Vilyam Uaylerin filmi.
Məzmun
[redaktə | mənbəni redaktə et]Hadisələr Nyu-Yorkda baş verir. Fanni Brays şəhər ətrafından olan sadə qızdır. O, uşaqlıqdan məşhur olmaq istəyib və vodevillərdə çıxış etməklə öz karyerasını başlamaq qərarına gəlir. Çıxış vaxtı diyircəkdə olan Fanni səhnədə cinas yaradır. Teatrın sahibi hirslənərək onu qovmaq istəyir, lakin səhnədə baş vermiş anlaşılmazlıq tamaşaçıları əyləndirir, bu məzəli və gözəl səsli qız onların xoşuna gəlir. Fanni işə qəbul olunur.
Çıxışdan sonra o, səhnə arxasında Niki Arnştaynla tanış olur. Fanni ona heyran olur. O, tezliklə yenidən görüşəcəklərini deyib uzun müddətə yoxa çıxır. Amma aşiq olmuş Fanninin kədərlənməyə vaxtı yox idi. Onun karyerası inkişaf edirdi. Bir azdan o, Nyu-Yorkdan olan konferansye Florens Ziqfeldin diqqətini cəlb edir. Ziqfeld onu "Ziqfildin qızları" adlı şousunda iştirak etməyə dəvət edir. Elə birinci çıxışında Fanni finaldakı mahnını oxumalı idi. Lakin kompleksi olan və özünü axmaq hesab edən qız mahnını ifa etməkdən imtina edir. Buna görə də Ziqfeldin özü ilə mübahisə edir. Onda qızın qarşısında iki seçim qalır: o, ya oxumalı, ya da qovulmalıdır. Fanni razılaşır, amma bu ifa komik şouya çevrilir: o, tamaşaçıların qarşısına gəlinlik paltarında, qarnında yastıq çıxır və hamilə qadını göstərir. Bu, tamaşaçıların xoşuna gəlir. Təkcə Ziqfeld buna – kiminsə onun əmrindən çıxmasına dözə bilmir. Lakin sürəkli alqışlar yenə də Fanniyə öz işində qalmasına kömək edir. Həmin gün Fanninin həyatında yenə də Niki Arnştayn peyda olur. Niki qızı öz sevgisi ilə ovsunlayaraq əvvəlki kimi yox olur.
Bir ildən sonra "Ziqfildin qızları"nın turney şousunda dəmiryol vağzalında Fanni Niki ilə rastlaşır. Bu dəfə qız özünü saxlaya bilmir və şounu atıb Nikinin ardınca Avropaya gedir. Niki ona evlənmə təklifi edir və onlar evlənirlər. Fanni hamilə olur və bir müddətlik karyerasından ayrılır. Nik qumar oynamağa davam edir və bir dəfə korrupsiya üstündə həbs olunur. Fanni ərini həbsxanadan çıxarmaq istəyir, lakin Nik üç il məhkum edilir. Həbsə girməmişdən əvvəl Nik Fanniyə ayrılmağı təklif edir ki, qız qarşıdakı həyatını normal yaşaya bilsin. Fanni Niki çox sevdiyi üçün bununla razılaşmır. On səkkiz aydan sonra Nik qayıdır, ancaq Fanni indi başa düşür ki, onlar bir-birindən çox uzaqlaşıblar. Artıq bu sevməyə davam etməyin mənası yoxdur. Ayrılandan sonra Fanni özünü qızına və ürəyini mahnılarda boşaltdığı tamaşaçılarına həsr edir.
Filmin musiqiləri
[redaktə | mənbəni redaktə et]- Overture
- I’m the Greatest Star
- If a Girl Isn’t Pretty
- Rollerskate Rag
- I’d Rather Be Blue Over You
- Secondhand Rose
- His Love Makes Me Beautiful
- People
- People (Reprise)
- You Are Woman, I Am Man
- Don’t Rain on My Parade
- Sadie, Sadie
- The Swan
- Funny Girl
- My Man
- Finale
Mükafatlar
[redaktə | mənbəni redaktə et]1968-ci ilin "Oskar" mükafatı:
[redaktə | mənbəni redaktə et]- Ən yaxşı qadın roluna görə – Barbra Streyzand
1968-ci ilin "Qızıl Qlobus" mükafatı:
[redaktə | mənbəni redaktə et]- Komediya və ya musiqili filmdə ən yaxşı qadın roluna görə – Barbra Streyzand
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifləri : İzobel Lennart
- Rejissor : Vilyam Uayler
- Operator : Harri Stredlinq
- Bəstəkarlar : Jul Stayn, Bob Merrill
- Prodüser : Rey Stark
Rollarda
[redaktə | mənbəni redaktə et]- Barbra Streyzand – Fanni Brays
- Ömər Şərif – Niki Arnştayn
- Key Medford – Rouz Brays
- Enn Frensis – Corciya Ceyms
- Volter Piceon – Florens Ziqfeld
- Li Allen – Eddi Rayan
- May Kvestel – missis Strakoş
- Cerald Mor – Tom Branka
- Frenk Feylen
- Mitti Lorens
- Gertrude Flinn
- Penni Santon
- Con Hermon
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Funny Girl, Box Office Information". The Numbers. 2014-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2016.
- ↑ IMDb (ing.). 1990.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Funny Girl — Internet Movie Database saytında
- Funny Girl TCM Movie Database saytında
- Funny Girl Box Office Mojo-da
- Funny Girl Rotten Tomatoes saytında (ing.)
Film haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |