Müzakirə:Gilan

Vikipediya, azad ensiklopediya
Ən son rəy: 12 il öncə, Asparux Xan Bulqar tərəfindən
Naviqasiyaya keç Axtarışa keç

"Gilanlılar" və "Gilan dili", yoxsa "Giləklər" və "Gilək dili" daha çox işlənir?--Melikov Memmedemail 06:34, 10 avqust 2012 (UTC)Cavabla

Cədvəldə "tatlar" mətndə "tatilər" yazılıb, hansı düzdür?--Melikov Memmedemail 06:53, 10 avqust 2012 (UTC)Cavabla
Əgər "tatilər" deyərkən tatlar nəzərdə tutulursa, onda təbii ki, "tatlar" düzgündür. Bizdə "gilanlılar" və "gilan dili" yazılışı daha ənənəvidir. Amma bu iki ad arasında seçim etməyə nə ehtiyac var. Onsuz da məqalədə hər ikisi qeyd edilməlidir. Wertuose (talk) 07:09, 10 avqust 2012 (UTC)Cavabla
Envikitə tat dilitati dilini fərqli dillər kimi veriblər, ancaq heç bir mənbə yoxdur, söhbət də elə "tat dili"dən gedir. --Melikov Memmedemail 07:49, 10 avqust 2012 (UTC)Cavabla
Həm rus, həm də ingilis vikilərindəki məqalələrə baxdım və belə görünür ki, bunlar fərqli dillərdir. Tat dili Qafqazda, tati dili isə İranın cəmi bir neçə bölgəsində istifadə edilir. Ona görə də bu dilləri və xalqları fərqləndirmək lazımdır. Wertuose (talk) 09:11, 10 avqust 2012 (UTC)Cavabla
Hörmətli həmkarlar İranda tat adlı etnik yoxdur. Tati vardır. Tati etniki Talışlar, Giləklər və Təbərilərlə eyni kökdən gəlirlər. Milli tərkibə dair redaktələri mən apardığıma görə icazə verin bəzi yalnışları düzəldim. Bütün məlumatlar mənbələrə əsasəndir.--Asparux Xan Bulqar (talk) 09:54, 10 avqust 2012 (UTC)Cavabla
Cədvəldəki mənbə bu iddianı təkzib edir; "Tats and Taleshes are the main residents of this region", deməli İranın rəsmi saytı "İranda tatlar var" yazır, tatlar varsa tat dili olmalıdır. Farsca Viki "zəban-e tati qəfqaz", "zəban-e tati iran" yazır, farsca "tati" elə dilimizdə "tat dili" mənası verir, "farsi" də fars dili olur. Görünür hərə öz arşını ilə ölçür ki, birində "i" qalır, digərində yox. İranda heç fars adlı da etnik yoxdur, bizim üçün əsas olan azərbaycanca "tat" və "tati" dilləri üçün fərq qoyulurmu? Ən əsası, cədvəldəki tatlar haradandır?--Melikov Memmedemail 10:14, 10 avqust 2012 (UTC)Cavabla
Hörmətli Məmməd bəy əgər farsca bilirsizsə onda həmin mənbələrdə verilən yazının farsca olan versiyasına baxın, ingiliscə olanda tərcümə xətası vardır. İranda tat deyə etnik yoxdur.--Asparux Xan Bulqar (talk) 10:48, 10 avqust 2012 (UTC)Cavabla
Tati-Talış və Giləklər eyni kökdəndir! Tatlar (Qafqazlı F/Parslar) isə ayrı etnikdirlər.--Asparux Xan Bulqar (talk) 10:52, 10 avqust 2012 (UTC)Cavabla
Hörmətli Asparux Xan Bulqar, əgər ingiliscə olanda tərcümə xətası varsa onu mənbə göstərmiyin. Siz özünüz idda edirsiniz ki, tatlar və tatilər fərqli etnikdirlər, ancaq "tatlar" yazan mənbəni "tatilər" üçün verirsiniz. Bu anlaşılan deyil. Digər mənbələrə də diqqət edin, məsələn, mənbə "bölgədə əsas dil tatidir" fikrini Siz "etnik çoxluq tatilərdir" kimi verirsiniz, bu əsasla "bölgədə əsas dil farsidir" fikrini də "etnik çoxluq farsilərdir" kimi yazmaq olar? Ümumiyyətlə Azvikidə az qala hamının mənbələrə "əl gəzdirmək" marağı olduqca çox pis haldır. --Melikov Memmedemail 11:42, 10 avqust 2012 (UTC)Cavabla
Hörmətli Məmməd bəy Farsi (əslində islah olunmuş Dəri/Taciki) İranın rəsmi dövlət dilidir. Bölgədə demək olar əksəriyyət farsicə bilir. Özünüzdə gördüyünüz kimi məqalə yalnız əhalinin ana dilindən xəbər verə bilər (deyəcəksiz ki orada ana dili yazılmayıb, ancaq özünüz də bilirsiz ki orada bölgənin əsas dili "tati" dilidir yazanda yazar ana dilini nəzərdə tutur). Milli tərkibə dair təxmin verməyə çalışırıqsa onda ana dili=millət nəzərə almalıyıq. Və mənbəyə əl gəzdirmək---əgər mənim redaktələrimdə belə hala rast gəlsəz yazın ki filan cümlənin filan cür yozmusuz, yoxsa hər yazdığımı şübhə altına alırsız ? (Deyə bilərsiz ki iradı mən ümumi etdim siz üstünüzə götürdüz deyə bilərəm ki bu irad ümümi yox mənə edilmiş iraddır)--Asparux Xan Bulqar (talk) 12:10, 10 avqust 2012 (UTC)Cavabla
Tatlarla tatilər ayrı-ayrı dillər olmalıdır. Etnologue də belə yazılıb. --N KOzi FORVM 12:02, 10 avqust 2012 (UTC)Cavabla
Dil haqqında burada yazı var. Ancaq bizim məqalədə əsas olan şey bu ki, “tatilər” haqqında bir mənbə varmı, axtarış 0 nəticə göstərir. Mənbədə də “tatlar” yazır. Fars dilində dil üçün “tati” yazırsa millət “tat” olacaq, “farsi”, “torki” və s... Ən azı iki fərqli etnik, bir eyni ad var. Problem mənbələrin olmamasıdır.--Melikov Memmedemail 12:36, 10 avqust 2012 (UTC)Cavabla
Hörmətli Məmməd bəy qısa belə demək olar Azərbaycandaki tatca fars/əslində dəri/tacik dili ilə, tati dili/tati dilləri (sizdə yəqin elə təsvvür var ki bu bir vahid dildir, ancaq əslində bu müxtəlif azsaylı danışanları olan ləhçələrdir ki onlarda kəndlər üzrə şivələrə bölünür, əksər hallarda bu dilləri toplayıb tati dili/dilləri və ya orta İran dialektləri deyirlər) isə talış dili ilə gilək dili (daha doğrusu Gilək dilinin Qaleş/Qaloş ləhçəsi ilə) olduqca yaxındır/eyni kökdəndir.--Asparux Xan Bulqar (talk) 12:44, 10 avqust 2012 (UTC)Cavabla
İnanmıram ki fars dilində olan mənbələrdən başqa bu dillər haqqında məlumat tapmaq münkün ola. Siz də bilirsiz ki heç kəsi maraqlandırmır İranda 69-dan çox/n sayda dilin olması və 40-dan çox millətin yaşaması. İranın türkləri daxil hər kəsi İranlı ana dillərini isə farsi hesab edirlər. Bir də bu/tati dilləri ən axrıncı nisbətən ətraflı tədqiq edən səhv etmirəmsə Ehsan Yarshater olmalıdır. O da ki dünyanın ən öndə gedən İranlı farsçı şovinist əslən tati olan falsifikator dıranqarası alimlərindən biridir ki hər kəsin azərbaycanlı bildiyi əslində tati olan Əhməd Kəsrəvini özünə müəllim/nastavnik bilir və onun azərilərin türkləşməsi ideyasını dəridən-qabıqdan çıxaraq təbliğ edir.--Asparux Xan Bulqar (talk) 12:51, 10 avqust 2012 (UTC)Cavabla
Əhməd Kəsrəvini tati olmasını bilmirdim, Allaha şükür, deməli fars şovinistlərinin antitürk təbliğatçısı türk deyil, tati imiş. Deməli Əhməd Kəsrəvi də bir milli satqın deyilmiş, azəri dili, midiya dili kimi yazılar ilə öz ulu babaları üçün çalışırmış. Tati dil haqqında heç bir etiraz yoxdur. Problem "tatilər"dir, özünüz nümunə göstərdiniz, Dari dili olması hələ "darilər" yazmağa imkan vermir. Məqalədə isə məhz "Tati dili" əsas götürülərək "tatilər" haqqında iddia var. Azərbaycanca nəinki bu etnik üçün, hətta tati dili üçün "tat" işlədilib, "azəri məsələsi" haqqında; hansı dillərə daha yaxındır vəs... - oxuya bilərsiniz. Hətta enviki də en:Tat people (Iran), yəni tatlar yazır. "Tatilər" mənbəsiz iddiadır. Qa xalqı var, bilirəm, Qu xalqı isə mənə şübhəlidir, mənbəsiz inana bilmərəm--Melikov Memmedemail 13:23, 10 avqust 2012 (UTC)Cavabla
Hörmətli Məmməd bəy, yəqin bilirsiz ki tati dillərini bilərəkdən Talış dilinin ləhçələri hesab edir, qondarma azəricəni indiki bu tati dillərinin əcdadı dolayısıyla talış dilini azəricənin varsi kimi qələmə verirlər. Eyni qayda ilə lək-kelhur-bəxtiyar-mamasani-kermanşahi-koylayi ləhçələrini (lur dilinin) kürd dilinə yamayırlar (siyasi propoqanda ehtiyyacından dolayı). Halbu ki, bu ləhçələr qrammatika və leksika baxımından lur dilinin qolları/ləhçələridir. O ləhçələr üçün Lur dili nədisə talış/tati ləhçələri də gilək dili üçün də odur. Yəni fərqi görmək üçün Qafqazada danışılan tat dilinin leksikası ilə tati ləhçələrinin leksikasını müqayisə etməlisiz, görəcəksiz ki eyni dil deyil ancaq qohumdur.--Asparux Xan Bulqar (talk) 13:49, 10 avqust 2012 (UTC)Cavabla
Konkret təklif edirəm Tat səhifəsini dəqiqləşdirmə səhifəsi edərək məsələni Vikipediya prinsiplərinə uyğun həll edək--Melikov Memmedemail 04:14, 11 avqust 2012 (UTC)Cavabla
Hörmətli Məmməd bəy Tatlar (İran)Tat dili (İran) adlarında bir cümlədən ibarət məqalə yaratmağa ehtiyyac yox idi. Həm də adlandırma yalnışdır. Qafqazda yaşayan bizim tat(yəni yad) dediyimiz xalq əslində farsdır və rus oyununa kimi özlərinə elə fars da deyiblər. İranda yaşayan və xarici ədəbiyyatda tati dilli əhali adlandırılan əhali isə heç özünə tati/tat demir, hərəsi öz kəndinin adıyla özünü adlandırır. Tati+Talışi/Azari bir konsepsiyadır ki türklərin bu torpaqlara yaxın zamanlarda gəlmə olduğu təsəvvürü yaradılsın. Əslində hər iki etnik/belə demək olarsa Giləklərdən yaxın zamanlarda ayrılmış qruplardır. Tat və Tati adlandırılan dillər fərqlidir. Çünki biri farscadır digəri belə demək münkünsə giləkcə.--Asparux Xan Bulqar (talk) 09:50, 11 avqust 2012 (UTC)Cavabla