Lemeir boğazı
Lemer boğazı | |
---|---|
Ümumi məlumatlar | |
Eni | minimum 1.6 km |
Uzunluğu | 11 km |
Yerləşməsi | |
65°13′30″ c. e. 64°00′00″ q. u.HGYO | |
Ölkə | Antarktida |
Akvatoriyası | |
Ayırır | But adası ilə Kiyev yarımadasını |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Lemer boğazı But adası ilə Kiev yarımadası arasında yerləşir. Uzunluğu 11 km, eni isə 1,6 km təşkil edir. Bu bölgə Antarktida materikinə gələn turistlərin sayına görə fərqlənir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Bu yer ilk dəfə alman ekspedisiyası tərəfindən 1873-1874-cü illərdə kəşf edilmişdir. Buna baxmayaraq onlar boğazı üzərək keçməyiblər. 1898-ci ildə "Belçika" gəmisi ilə Adrian de Jerlaş tərəfindən boğaz keçilir və Şarl Fransua Aleuson di Lemerin şərəfinə adlandırır. Lemer (1863-1925) Konqoda ekspedisiya rəhbəri olmuşdur. O, heç vaxt Antarktidada olmamışdır.
Turizm
[redaktə | mənbəni redaktə et]Bu yer XX əsrdən Antarktidaya təşkil edilən əsas turizm maşrutlarından bidir. Gözəl mənzərəsi olan boğaz gölü xatırladır. Sahilə çıxış üçün Peterka adası əlverişlidir. Ən təhlükəli vəziyyət isə əsasən yayda aysberqlərlə toqquşma ola bilər.
Fauna
[redaktə | mənbəni redaktə et]Sularında balinalar üzür ki, onlardan ən çox rast gəlinən balinalar Qozbel balinalardır. Sahillərində suitilər, papuas və Adeli pinqvinləri üstünlük təşkil edir.