Ləkəli salamandra
Ləkəli salamandra | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Ləkəli salamandra |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Ləkəli salamandra — salamandralar fəsiləsinə aid olan bir salamandra növü.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Qalın bədəninin uzunluğu 25 sm-ə qədər çatır. Başın ön hissəsi qabarıq olub erkək fərdlərdə anal bölgə daha qabarıqdır. Kürək bölgəsi qara rəngdədir və üzərində sarı, nadir də olsa qırmızı ləkələr olur. Ləkələrin yerləşməsi və forması çox müxtəlifdir. Alt hissəsi qara rəngdədir.
Yaşadığı yerlər
[redaktə | mənbəni redaktə et]Dağlıq və təpəlik bölgələrdə nəmli meşə və ağaclıqlarda yaşayır. Buralarda yarpaqların altında, ağacaların köklərində, daşlarda, oyuqlarda gizlənir. Əsasən gecə heyvanlarıdır. Gizləndikləri yerlər sudan uzaq olmur. Yağışlı havalarda gündüzlər də görünür. Dəniz səviyyəsindən 300–2000 m yüksəklikdə yaşayır.
Qidalanması
[redaktə | mənbəni redaktə et]Gecələri ova çıxan canlı olub əsasən soxulcanlarla və yumşaq cücülərlə qidalanır.
Çoxalması
[redaktə | mənbəni redaktə et]Dişi fərd 20–40 və ya daha çox sürfə qoyur. Bu sürfələr daha sonra metamarfoz keçirib ana canlıya çevriləcəklərdir.
Qalereya
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.