Osman Sarıvəlli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Osman Sarıvəlli
Doğum adı Osman Abdulla oğlu Qurbanov
Təxəllüsləri Qəyur şairin ilk təxəllüsü[1],Sarıvəlli
Doğum tarixi
Doğum yeri İkinci Şıxlı, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Uşağı Babək Qurbanov
Təhsili Moskva Dövlət Universiteti
İxtisası şair
Fəaliyyəti yazıçı, şair
Fəaliyyət illəri 1926-1990
Əsərlərinin dili azərbaycanca
Janrlar şeir, poema
İlk əsəri "Ayaqsız" şeiri (1933)
Mükafatları "Azərbaycan SSR xalq şairi" fəxri adı — 1977
"Oktyabr inqilabı" ordeni "Xalqlar dostluğu" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Əməkdə fərqlənməyə görə" medalı — 1946

Osman Sarıvəlli (əsl adı Osman Abdulla oğlu Qurbanov; 17 dekabr 1905, İkinci Şıxlı, Qazax qəzası2 iyul 1990, Bakı) — Azərbaycan şairi, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1977), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun müdir müavini.

Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləmişdir (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdur. Bakı Pedaqoji texnikumunda müəllim (1932–1935), Bakı Teatr texnikumunda müdir (1939–1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.

1990-cı il iyulun 2-də Bakıda vəfat etmiş və doğulduğu kənddə dəfn edilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-ci ildə başlamışdır. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Dəmir sətirlərim (1934)
  • Bənövşə (1940)
  • Şairin hədiyyəsi (1943)
  • Gətir, oğlum, gətir (1943)
  • Gənclik eşqi (1946)
  • Bahar çiçəkləri (1949)
  • Yeni dünyanın qapısı (1950)
  • İqlimdən-iqlimə (1963)
  • Sabahı yaradanlar (1970)
  • Seçilmiş əsərləri (üç cilddə) (1971–1975)
  • Hər kim yüz il yaşamasa (1976)
  • Mən sabaha gedirəm (1979)
  • Kür qırağında (1987)
  • Sarıvəlli O.Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir. Bakı: Avropa, 2010, 112 s.
  • Sarıvəlli O. Qüdrətli şair, ustad sənətkar. Bakı: Avropa, 2011, 128 s.
  1. "Arxivlənmiş surət" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-03-27.