Oh My God ((G)I-dle mahnısı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Oh My God"
(G)I-dle tərəfindən "I Trust" albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 6 aprel 2020
Janr trep
Dil koreya dili, ingilis dili
Müddət 3:15
Prodüser
Sözlərin müəllifi
  • Soyon
Leybl
(G)I-dle sinqllarının xronologiyası
"Lion"
(2019)
"Oh My God"
(2020)
"I'm the Trend"
(2020)
Audio nümunəsi
"Oh My God"YouTube platformasında

Oh My God – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən ifa olunmuş mahnı. 6 aprel 2020-ci ildə "I Trust" minialbomunun əsas sinqlı kimi buraxılmışdır. Eyni gün ingiliscə versiyası yayımlanmışdır. Mahnı özünəinam, işıqla qaranlığın mübarizəsi, saflıq və günah haqqındadır. Sözləri qrupun üzvü Soyon yazmışdır. Yaponca versiyası 26 avqust 2020-ci ildə eyniadlı minialbomla buraxılmışdır.

"Oh My God" 6 aprel 2020-ci ildə həm koreya dilində, həm də ingilis dilində buraxılmışdır. Miyonun sözlərinə görə ingilis versiyası qrupun qlobal fanatları üçün buraxılmışdır.[1] Mahnının yaponca versiyası 26 avqust 2020-ci ildə "Oh My God" minialbomunun əsas mahnısı kimi buraxılmışdır.[2]

Mahnı üçün klipin tizeri 6 avqust 2020-ci ildə yayımlanmış[3]YouTube-da 11 saat ərzində 1 milyon baxış yığmışdır.[4] Klip Soyonun ağ otaqdakı rəqsi ilə başlayır və reallıqdan qaçmağa çalışması ilə davam edir.[5] Klipin sonuna doğru Sucin latın dilində "ürəyimin dibindən" mənasına gələn "Ab imo pectore" ifadəsini pıçıldayır. Klipin xoreoqrafiyası "Star System" tərəfindən hazırlanmışdır.[6] Mahnı üçün monoton sözlər videosu 8 apreldə,[7] rəqs videosu 12 apreldə buraxılmışdır.[8] Klip buraxıldıqdan 24 saat sonra 17 milyon baxışa çatmışdır.[9][10] 13 aprelə qədər 50 milyon dəfə izlənmiş, qrupun 50 milyon baxışa ən tez çatan mahnısı olmuşdur.[11] 9 iyul 2020-ci ildə 100 milyon baxışa çatmışdır.[12] "Rolling Stone India" klipi 2020-ci ilin ən yaxşı 4-cü K-pop klipi adlandırmışdır.[13]

Musiqi və sözlər

[redaktə | vikimətni redaktə et]

"Oh My God" mahnısı qrupun lideri Soyon tərəfindən yazılmışır.[14] Mahnı urban hip-hop janrındadır, trep və pop xüsusiyyətləri daşıyır.[15][16] Mahnının sözləri özünəinam mövzusunda olub reallıqda üzləşmək və rədd edilmə, qarışıqlıq, özünü tanıma və ləyaqət hislərini yaşamaqdan bəhs edir.[17][1]

Mahnıda yer alan "Ey tanrım / o, məni göylərə apardı / Ey tanrım / o, mənə bütün ulduzları göstərdi" sözləri dinləyicilər arasında marağa səbəb olmuş və kimdən söhbətin getdiyini müzakirə etmişdirlər. Soyon buna cavab olar bildirmişdir ki, buradakı şəxs xəyalidir və sözlər sevginin müxtəlif formalarını tərənnüm edir, odur ki, bunu şərh etməyi dinləyicinin öhdəsinə buraxır.[18]

"Tonplein" jurnalından Yan Sora mahnını 2020-ci ilin ən yaxşı mahnıları siyahısında 15-ci yerdə göstərmişdir. O, mahnının kompozisiyasını və qrup üzvlərinin ifalarını bəyənmişdir.[19] "Paper" jurnalı mahnını öz siyahısında 28-ci yerdə göstərmişdir.[20]

Mahnı 8 top hit-paradda debüt etmişdir.[21][22] Şotlandiyada 97-ci, Macarıstanda 24-cü yerdə debüt edərək qrupun Avropa hit-paradlarına daxil olan ilk mahnısı olmuşdur. Tayvanda 21-ci yerdə debüt etmiş və "KKBOX" həftəlik hit-paradında 3-cü yerə qalxmışdır.[23][24][25] Qrup 17 aprel 2020-ci ildə bu mahnı ilə KBS-in "Music Bank" verilişində qalib gələrək ilk veriliş qalibiyyətini əldə etmişdir.[26] Mahnı SBS-in "Inkigayo", Mnet-in "M Countdown" və MBC-nin "Show! Music Core" verilişlərində qalib olmuşdur.[27] "Amazer"in məlumatına əsasən "Oh My God" 2020-ci ilin aprel ayının ən çox koverlənən K-pop mahnısı olmuşdur.[28]

  1. 1 2 Kim He-seo. (여자)아이들, '당당함'으로 9개월 만에 컴백…"두 가지 버전 무대 기대"[종합]. The Celebrity News. April 6, 2020. August 2, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  2. (G)I-DLE,『Oh my god』ジャケットは“表と裏の2面性”がコンセプト. BARKS. Yahoo! Japan. July 10, 2020. July 11, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 2, 2020.
  3. Lee Jun-hyung. (여자)아이들, 미니 3집 타이틀곡 'Oh my god' 뮤직비디오 티저 공개 [(G)I-dle 3rd mini album song 'Oh my god' music video teaser released]. Hankyung. April 6, 2020. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  4. Kim Min-ji. (여자)아이들 '오 마이 갓' MV 티저, 공개 11시간 만에 100만 뷰 돌파 [(G)I-dle 'Oh My God' MV teaser breaks 1 million views in 11 hours]. News1. April 6, 2020. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  5. Park Hyun-min. (여자)아이들, 믿음→당당함...파격X몽환 'Oh my god' [첫音상]. Tv Report. April 6, 2020. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  6. "starsystem_kor (여자)아이들 [OH MY GOD] M/V". Instagram. 6 April 2020. 7 August 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 October 2024.
  7. Hyo-jin, Jeon. (여자)아이들, ‘Oh my god’ 리릭 비디오 공개. Sports Donga. April 9, 2020. October 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  8. Hyo-jin, Jeon. (여자)아이들, '오 마이 갓' 안무 영상 공개…'카리스마 폭발' [(G)I-dle, 'Oh My God' choreography video released… 'Charisma explosion']. TenAsia. April 12, 2020. October 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  9. Jeon A-ram. "또 대박" (여자)아이들, 'Oh my god' MV 18시간만에 1200만뷰 돌파 ["Another jackpot" (G)I-dle, 'Oh my god' MV surpasses 12 million views in 18 hours]. XSPortsNews. April 7, 2020. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  10. Kim Seong. [글로벌-엔터 24] (여자)아이들, '아이 트러스트(I trust)' 아이튠즈 톱앨범 35개 지역 1위 [[Global-Enter 24] (G)I-dle ranked No. 1 in iTunes' Top 35 Albums of 'I Trust']. Global Economic. April 7, 2020. June 21, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  11. Min-ji, Kim. (여자)아이들 '오 마이 갓' MV, 5000만 뷰 돌파…'라이언'보다 30배 빨라 [(G)I-dle 'Oh My God' MV, 50 Million Views Breakthrough ... 30 times faster than 'Lion']. News1. April 14, 2020. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  12. Ji-hye, Kim. (여자)아이들, 'Oh my god' MV 1억뷰..통산 네 번째[공식] [(G)I-dle,'Oh my god' music video surpassed 100 million views.. 4th official [Official]]. HeraldPop. July 9, 2020. October 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  13. Riddhi Chakraborty. "20 Best K-pop Music Videos of 2020". Rolling Stone India. January 1, 2021. January 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  14. Jung Ji-won. 컴백' (여자)아이들, 타이틀곡은 '오 마이 갓'…'믿듣' 전소연 자작곡 [(G)I-dle the title song is 'Oh My God'… 'Believe in' Jeon So-yeon's own composition]. Joy News24. March 31, 2020. 2023-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-04.
  15. Lee, Jun-hyun. "(여자)아이들, 신곡 'Oh my god' 음방 첫 1위…"더 멋진 아이들 될 것"" [(G)I-DLE, new song 'Oh my god' first place on music charts... "They'll be better kids"]. Korea Economic Daily (koreya). April 17, 2020. March 27, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 27, 2023.
  16. "Rising Stars (G)I-DLE Are Defining Their Own Genre". MTV. April 11, 2020 tarixində orijinalından arxivləşdirilib.
  17. Kim Tae-young. [신보] 'I trust'로 돌아온 (여자)아이들, 'Oh my god' 소리 절로 나오는 콘셉트! "이번에도 믿고 듣자!" [(G)I-dle returning to 'I trust', the concept of 'Oh my god' sound section! "Let's believe and listen again!"]. Hanteo News. April 3, 2020. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-04.
  18. Crystal Bell. "RISING STARS (G)I-DLE ARE DEFINING THEIR OWN GENRE". MTV. April 8, 2020. April 11, 2020 tarixində orijinalından arxivləşdirilib.
  19. 2020 케이팝 결산 [Top Songs of 2020: Korea]. Tonplein. November 30, 2020. December 2, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2020.
  20. Bell, Crystal. "The 40 Best K-pop Songs of 2020". Paper. December 18, 2020. 2021-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-20.
  21. Go Seung-ah. [팝업뮤직](여자)아이들 '한', 음원차트 3곳 1위…올해의 핫루키 [[Pop-up Music] (G)I-dle 'Hann', topped 3 place in the music chart ... Hot Rookie of the Year]. HeraldPop. August 16, 2018. 2024-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-08.
  22. Kim Kyung-taek. 큐브엔터 "(여자)아이들 신곡 'Oh my god' 국내 음원 차트 석권". Maeil Economy News. April 7, 2020. August 7, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  23. "韓語單曲週 (2020-04-03 ~ 2020-04-09)". KKBOX. 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-31.
  24. "Top Korean Weekly Singles Chart (2020-04-03 ~ 2020-04-09)". KKBOX. 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-31.
  25. "Top Korean Weekly Singles Chart (2020-04-17 ~ 2020-04-23)". KKBOX. 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-31.
  26. Jong-eun, Lee. '뮤직뱅크' (여자)아이들, 위너 꺾고 1위 "아무 조건 없이 사랑해 주셔서 감사". TvDaily. April 17, 2020. June 20, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 20, 2020.
  27. Min-ji, Kim. (여자)아이들, '오 마이 갓'으로 음악방송 4관왕…첫 그랜드슬램 [(G)I-dle, the 4th king of music broadcasting with 'Oh My God' ... First Grand Slam]. News1. April 20, 2020. June 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 31, 2024.
  28. Lee Dong-heon. (여자)아이들 'Oh My God', 4월 글로벌 커버댄스 차트 1위… 에이핑크 '덤더럼'·갓세븐 'NOT BY THE MOON' 인기. Newsworks. May 9, 2020. 2024-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-22.