Onat Kutlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Onat Kutlar
türk. Onat Kutlar
Doğum tarixi 25 yanvar 1936(1936-01-25)
Doğum yeri
Vəfat tarixi 11 yanvar 1995(1995-01-11) (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Aşiyan qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti şair, film prodüseri, ssenarist
Mükafatları "İncəsənət və ədəbiyyat" ordeni kavaleri

Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı.

1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı. 11 yanvar 1995-ci ildə dünyasını dəyişib.