Kərkəslər
Kərkəslər | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Kərkəslər |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Kərkəslər (lat. Aegypiinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Təsviri
[redaktə | mənbəni redaktə et]Uzunluğu 95-114 sm-dır. Başı və boynu leşlərin içalatını yeyərkən kirlənməməsi üçün qısa tüklərlə örtülmüşdür (bu xüsusiyyətinə görə sadəcə toğlugötürən və palma kərkəsi istisna təşkil edir). Qanadları genişdir — kərkəskimilərin əsas qidası olan leş axtarışında uzun müddət uçmağa uyğunlaşmışdır. Ayaqlar sadəcə gəzməyə və qaçmağa uyğunlaşmışdır və yalnız toğlugötürən ayaq caynaqlarında şikarını daşıya bilir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Cənubi Avropada, Afrikada və Cənubi Asiyada yayılıb.
Yaşayış yeri və həyat tərzi
[redaktə | mənbəni redaktə et]Həm dağlarda, həm də açıqlıqda, əsasən quraq bölgələrdə yaşayırlar. Çox vaxt qayalarda, bəzən isə ağaclarda dəstə halında yuva qururlar. Bir yumurtlamaya bir və ya iki yumurta qoya bilirlər. Balalarına qidanı çinədanlarında gətirirlər. Təbii sanitar kimi son dərəcə faydalıdırlar. Növlərinin sayı kəskin şəkildə azalır (xüsusilə Avropada).
Təsnifatı
[redaktə | mənbəni redaktə et]10 cinsi və təqribən 15 növü mövcuddur.
- Yekəqulaq Afrika kərkəsləri (lat. Torgos tracheliotus)
- Ağboğaz Afrika kərkəsləri (lat. Trigonoceps occipitalis)
- Qonur quzğunlar (lat. Necrosyrtes monachus)
- Kərkəslər (lat. Gyps) — bəzən tərkibində ağkürək kərkəslər (lat. Pseudogyps) fərqləndirilir.
- Yekəqulaq Hindistan kərkəsləri (lat. Sarcogyps calvus)
- Palma kərkəsləri (lat. Gypohierax angolensis) — bəzən sahilqartalı yarlmfəslinə aid edilir.
- Leşcil ağ kərkəslər (lat. Neophron percnopterus)
- Qara kərkəslər (lat. Aegypius monachus)
- Toğlugötürənlər (lat. Gypaetus barbatus)
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Биологический энциклопедический словарь /Под ред. М. С. Гилярова. — 2-е изд., исправл. — М.: Большая российская энциклопедия, 1995.
- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //