Jozef Nqyut

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Jozef Dion Nqyut
Kamerun Respublikasının Baş naziri
4 yanvar 2019 – h.h
ƏvvəlkiFilemon Yanq
Şəxsi məlumatlar
Doğum tarixi 12 mart 1954(1954-03-12)[1] (70 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jozef Dion Nqyut (ing. Joseph Dion Ngute; fr. Joseph Dion Ngute; 12 mart 1954[1], Ndian[d], Cənub-qərb bölgəsi[d]) — 2019-cu ilin yanvarında təyin edildikdən sonra hazırda Kamerunun 9-cu Baş naziri olan Kamerunlu siyasətçi. O, 2009-cu ildən bu vəzifədə çalışan Filemon Yanqı əvəz edib.[2]

Nqyut Kamerunun ingilis dilində danışılan Cənub-qərb bölgəsində anadan olub və eyni zamanda yerli qəbilə rəisidir.[3]

Nqyut Kamerunun Cənub-qərbində yerləşən Bonqonq Barombidə anadan olub. 1966–1971-ci illərdə Buea İkidilli Liseyində təhsil alıb və burada "A Advanced" səviyyəsini Baş Təhsil Sertifikatı alıb. 1973–1977-ci illərdə II Yaunde Universitetində aspirantura təhsili aldı və oranı hüquq diplomu ilə bitirdi. Sonra 1977–1978-ci illərdə Londonda Kraliça Meri Universitetinə qəbul oldu və burada hüquq üzrə magistr dərəcəsi aldı. 1978–1982-ci illərdə İngiltərədə Vorvik Universitetində hüquq üzrə doktorluq proqramını keçdi.[4]

1980-ci ildən etibarən II Yaunde Universitetinin professorudur. 1991-ci ildə Qabaqcıl İdarəetmə və Magistratura Məktəbinin direktoru vəzifəsində çalışıb. 1997-ci ildə Xarici İşlər Nazirinə nazir nümayəndəsi olaraq kömək etdi və beləcə siyasətlə məşğul olmağa başladı. 2018-ci ilin mart ayında Respublika Məclisində Xüsusi Vəzifələr Naziri təyin edildi. 4 yanvar 2019-cu il tarixində Prezident Pol Biya tərəfindən Baş nazir olaraq təyin olundu.[5]

  1. 1 2 https://www.spm.gov.cm/site/?q=en/content/dion-ngute-joseph.
  2. "Dion Ngute appointed as Cameroon's new Prime Minister". Journalducameroun.com. 4 January 2019. 11 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2019.
  3. "Arxivlənmiş surət". 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  4. "Arxivlənmiş surət". 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.
  5. "Arxivlənmiş surət". 2019-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-30.