I Qazi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qazi ibn Feysəl əl-Haşimi
ərəb. غازي ابن فيصل
Ġāzī bin Fayṣal
bayraq
İraq kralı
bayraq2
8 sentyabr 1933 – 4 aprel 1939
ƏvvəlkiFeysəl ibn Hüseyn
SonrakıFeysəl ibn Qazi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Məkkə, Osmanlı İmperiyası
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Bağdad, İraq
Vəfat səbəbi Kəllə travması[d][1]
Təhsili
Fəaliyyəti monarx, hərbi qulluqçu
Atası Feysəl ibn Hüseyn əl-Haşimi
Anası Hüzeymə bint Nasir
Həyat yoldaşı Aliyə bint Əli
Uşağı Feysəl ibn Qazi
Ailəsi Haşimilər
Dini İslam (Sünni)

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qazi ibn Feysəl ibn Hüseyn (ərəb. غازي ابن فيصلĠāzī bin Fayṣal; d. 21.3.1912, Məkkə, Hicaz, Osmanlı İmperiyası - 4.4.1939, Bağdad, İraq) — Haşimilər sülaləsindən İraqın ikinci kralı. İraq ordusunun feldmarşalı, donanma admiralı və İraq Hərbi Hava Qüvvələrinin marşalı.

Qazi, İraqın birinci kralı I Feysəl ibn Hüseynin oğlu idi[2]. O, atası türklərə qarşı döyüşlərdə olarkən, babası Hüseyn ibn Əli ilə birlikdə qalırdı. Buna görə də, o, utancaq və təcrübəsiz bir gənc kimi böyüdü.

1924-ci ildə Əli ibn Hüseyn əl-Haşiminin rəhbərliyi altında Haşimilər sülaləsi ilə birlikdə Hicazdan Bağdada köçdü və o vəliəhd elan edildi. Sandhurstdakı İngiltərə Krallığı Hərbi məktəbində və Bağdad Hərb Akademiyasında təhsil aldı. 1933-cü ildə atası Feysəl ibn Hüseynin ölümündən sonra hakimiyyətə gəldi. O atası kimi müstəqil siyasət yeritməyə çalışırdı.

1936-cı ilin oktyabrında "Əl-Axani" təşkilatının lideri Hikmət Süleymaninin dəstəyi və general Bəkir Sidqinin rəhbərliyi ilə həyata keçirilən dövlət çevrilişini dəstəklədi. Eyni zamanda İngiltərənin mühafizəsi altındakı Küveyt üzərində İraqın haqqı olduğunu müdafiə etdi.

Hicazın sonuncu Haşimi kralı, əmisi Əli ibn Hüseyn əl-Haşiminin qızı Aliyə Sultan ilə evləndi və bu evlilikdən bir oğlu dünyaya gəldi. 1939-cu ildə avtomobil qəzasında dünyasını dəyişdi. Yerinə oğlu Feysəl ibn Qazi keçdi.