I Osmanın yuxusu
Naviqasiyaya keç
Axtarışa keç
I Osmanın yuxusu və ya Osman Qazinin yuxusu — Osmanlı imperiyasının qurucusu I Osman barəsində danışılan dövlətin qurulması haqda rəvayət. Rəvayətə görə Osman bəy yuxusunda Şeyx Ədəbalının qoynunda ayın doğub öz qoynunan girdiyini və göbəyindən çıxan ağacın bütün dünyanı örtdüyünü görmüşdü.[1]
Oruc bəy yuxunun Osman Qaziyə yox atası Ərtoğrul Qaziyə aid olduğunu demişdir. Onun rəvayətinə görə də şeyxin qoynunda çıxan ay Ərtoğrulun qoynuna girir. Sonra isə göbəyində çıxan ağacın kölgəsindən dağlar görsənir.
Yuxu
[redaktə | mənbəni redaktə et]Yuxu Aşıqpaşazadə tarixində belədir:[2]
"Osman Qazi yatanda yuxusunda şeyxin qoynundan ayın doğduğunu və ona tərəf gəlib öz qoynuna girdiyini gördü. Ay Osman Qazinin qoynuna girəndə göbəyindən ağac çıxır. Ağacın kölgəsi dünyanı örtür. Kölgənin altında dağlar var. Hər dağın dibindən su çıxır. Kimisi bu çıxan sulardan içər, kimisi bağları sulayar, kimisi də bulaqlara tökər." |
Dəqiqiliyi
[redaktə | mənbəni redaktə et]Bir çox alim yuxunun Osman Qazinin ölümündən yüz ildən çox müddət sonra — XV əsrdə ortaya çıxdığını və sonrakı dövrdə yaradıldığını qəbul edir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "ERHAN AFYONCU - Osman Gazi'nin rüyası". sabah.com.tr (türk). Archived from the original on 2019-12-08. İstifadə tarixi: 6 aprel 2021.
- ↑ Aşıkpaşaoğlu Tarihi. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-26.
- ↑ "Encyclopedia of the Ottoman Empire". worldcat.org (ingilis). 2020-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-26.