I Hakəm
I Hakəm ibn Haşim | |
---|---|
ərəb. الحكم بن هشام بن عبد الرحمن الداخل[1] | |
| |
Əvvəlki | I Hişam |
Sonrakı | II Əbdürrəhman |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kordova, Əndəlüs Əməvi əmirliyi |
Vəfat tarixi | |
Vəfat yeri | Kordova, Əndəlüs Əməvi əmirliyi |
Fəaliyyəti | siyasətçi, Kral, qubernator |
Atası | I Hişam |
Anası | Zühruf |
Uşaqları |
II Əbdürrəhman Əl-Muqirə Səid əl-Xeyr Üməyya Əl-Valid Əbdülmalik |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
I Hakəm və ya Hakəm ibn Haşim ibn Əbdürrəhman (ərəb. الحكم بن هشام بن عبد الرحمن) (d. 771 — ö. 21 may 822) — 3-cü Kordova əmiri.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hakəm ibn Hişam 771-ci ildə Kordovada dünyaya gəldi. Atası Əndəlüs əmiri I Hişam, anası isə onun ispan əsilli cariyəsi Zührufdur. Atasının vəfatının ardından 17 aprel 796-cı ildə taxta çıxdı. Səltənəti dönəmi bir çox iğtişaş və üsyanlarla keçdi. Üzləşdiyi ilk problem atasının dönəmində şimali Afrikaya sürgün edilən əmiləri Süleyman və Abdullahın taxt iddiasıyla Əndəlüsə geri dönmələri oldu. Kiçik əmisi Abdullah, Übeydullah və Əbdülməlik adlı 2 oğluyla birlikdə Frank kralı Böyük Karla sığınsa da, aparılan danışıqlıqlarla külli miqdarda qızıl və hədiyyə alıb Valensiyada qalmağa razı oldular. Kordova qalasına hücum edən böyük əmisi Süleyman isə məğlub edildi və Merida yaxınlığında ələ keçirilərək edam olundu.[2]
Əmir Hakəm daha sonra bərbər tayfalarının və xüsusilə də, sonradan müsəlman olan yerli əhalinin Toledo, Saraqossa, Merida və Kordova kimi böyük şəhərlərdəki üsyanlarıyla məşğul oldu. Toledoda ayaqlanan üsyançılar mərkəzi hakimiyyəti təmsil edən ərəb valini ələ keçirib şəhərdən qovdular (797). Bu üsyanda ərəb əsgərlərinin yerli əhali üzərindəki basqıları və keçmişdə vestqotların paytaxtı olan Toledodakı əsilzadə ailələrin şəhəri özlərinin idarə etmək istəmələri mühüm rol oynadı. Əmir Hakəmin şəhərə təyin etdiyi yeni vali Əmrus ibn Yusif, təşkil etdiyi bir məclisdə üsyan başçılarının bir çoxunu hiyləylə qətlə yetirdi və beləcə üsyan yatırıldı (807). Ancaq əmirin bu hərəkəti şəhərdəki yerli əhalinin ərəblərə qarşı etimadsızlığını daha da artırdı və Toledo bu üsyanların mərkəzinə çevrildi. 814-cü ildə üsyançıların gözünü qorxutmaq məqsədilə bölgəyə gələn Əmir Hakəmin əmriylə şəhərin böyük hissəsi yandırılıb xarabalığa çevrildi.
Toledonun ardından Kordovada da mühüm üsyanlar başladı. Atasının üləma zümrəsinə önəm verməsi onlara dövlət idarəsində söz sahibliyi vermişdi. Buna baxmayaraq Əmir Hakəm dini vəzifələrini yerinə yetirmir, xalqdan uzaq həyat tərzi yaşayır və üləma zümrəsinin nüfuzunu azaltmağa çalışırdı. Başda üləma zümrəsi olmaqla, mövcud vəziyyətdən narazı olanlar Əmir Hakəmi taxtdan endirməyə cəhd etsələr də, bu cəhd uğursuz oldu. Aralarında mühüm Maliki alimlərinin də olduğu 72 nəfər edam edildi (805). Üləmanın ayaqlandırdığı əhali məscidlərin önündə toplaşaraq əmiri açıq şəkildə təqsirləndirirdilər. Üstəlik Kordovanın kənar məhəllələrini, xüsusilə də Rabaz məhəlləsini darmadağın edən sel fəlakətinin ardından Əmir Hakəmin yeni vergilər təyin etməsi şəhər əhalisinin etirazlarını daha da artırdı (817). Əmir Hakəm evləri və dükanları yandıraraq bu ayaqlanmanı da sərt şəkildə aradan qaldırdı. Saray mühafizəçilərinin 3 gün davam edən zülmündən sonra üsyan edən məhəllə sakinləri şəhərdən sürgün edildi. Bu səbəblə Əmir Hakəm Rabazi ləqəbi aldı.
Digər yandan Merida və Saraqossa kimi mühüm şəhərlərdə də üsyanlar başladı. 806-cı ildə bərbərlər tərəfindən başlayan və bəzən yerli müsəlmanların da qatıldığı Merida üsyanı 7 il sonra yatırıla bildi. Ərəb tayfalarının zülmü səbəbilə ayaqlanan Saraqossa əhalisi də 802-ci ildə üsyan rəhbərinin edam edilməsiylə yatırıldı. Əmir Hakəmin aldığı sərt tədbirlərlə bu üsyanlar tamamilə yatırıldı və ölkədə əmin-amanlıq təmin edildi. Buna baxmayaraq daxildəki ayaqlanmalar şimaldakı xristian krallarını cəsarətləndirmişdi. Bundan faydalanan franklar 801-ci ildə Barselona şəhərini işğal etdilər. 809-cu ildə Tortosa şəhərinə hücum etsələr də, şəhəri ələ keçirə bilmədilər.[3]
Əmir Hakəm xarakter olaraq son dərəcə sərt, dini vəzifələrinə laqeyd, ədalətli bir hökmdar idi. Əndəlüs Əməvi hökmdarları arasında ilk dəfə orduya pullu əsgər toplayan, hərbçi yönüylə yanaşı şair də olan Əmir Hakəm 21 may 822-ci ildə vəfat etdi.[4]
Mənbə
[redaktə | mənbəni redaktə et]- İbnü’l-Kūtıyye, Târîḫu iftitâḥi’l-Endelüs (nşr. İbrâhim el-Ebyârî), Kahire 1402/1982, s. 64–74.
- Aḫbâr mecmûʿa, s. 113 vd.
- Humeydî, Ceẕvetü’l-muḳtebis, Kahire 1396/1966, s. 10.
- Dabbî, Buġyetü’l-mültemis, Kahire 1967, s. 14.
- İbnü’l-Ebbâr, el-Ḥulletü’s-siyerâʾ (nşr. Hüseyin Mûnis), Kahire 1963, I, 43–49.
- İbn Saîd el-Mağribî, el-Muġrib, I, 38–45, 125, 144–146.
- İbn Haldûn, el-ʿİber, IV, 125–127.
- Makkarî, Nefḥu’ṭ-ṭîb (nşr. M. Muhyiddin Abdülhamîd), Kahire 1949, I, 319–321.
- Ẕikru bilâdi’l-Endelüs (nşr. L. Molina), Madrid 1983, s. 124–133.
- Dozy, Spanish Islam, s. 250–259.
- a.mlf., Histoire des Musulmans d’Espagnes, Madrid 1984, II, 57 vd.
- Abdülazîz Sâlim, Târîḫu’l-müslimîn ve âs̱âruhüm fi’l-Endelüs, İskenderiye 1961, s. 220–227.
- M. Abdullah İnân, Devletü’l-İslâm fi’l-Endelüs, Kahire 1969, I/1, s. 230–254.
- Chejne, Muslim Spain, s. 13, 19–20, 137, 144–145, 150, 225, 267, 372.
- İbrâhim Beydûn, el-Ümerâʾü’l-Emeviyyûne’ş-şuʿarâʾ fi’l-Endelüs, Beyrut 1987, s. 162–168.
- Cebrâil Süleyman Cebbûr, el-Mülûkü’ş-şuʿarâʾ, Beyrut 1401/1981, s. 214–218.
- Hâlid es-Sûfî, Târîḫu’l-ʿArab fi’l-Endelüs, Bingazi 1980, II, 125–167.
- Ziriklî, el-Aʿlâm (Fethullah), II, 267–268.
- E. Lévi-Provençal, España Musulmana, Madrid 1987, IV, 99–122.
- a.mlf., "Toledo", İA, XII/1, s. 428.
- M. Schmitz, "Hakem", a.e., V/1, s. 99–100.
- A. Huici Miranda, "al-Ḥakam I", EI2 (İng.), III, 73–74.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ الزركلي خ. ا. الأعلام (ərəb.): قاموس تراجم لأشهر الرجال والنساء من العرب والمستعربين والمستشرقين. 15 بيروت: دار العلم للملايين, 2002. C. 2. S. 267.
- ↑ Abdülvâhid el-Merrâküşî, el-Muʿcib fî telḫîṣi aḫbâri’l-Maġrib (nşr. M. Saîd el-Uryân – Muhammed el-Arabî), Dârülbeyzâ 1978, s. 33 vd.
- ↑ Abdülmecîd Na‘naî, Târîḫu’d-devleti’l-Ümeviyye fi’l-Endelüs, Beyrut, ts. (Dârü’n-nehdati’l-Arabiyye), s. 183–204.
- ↑ İbn İzârî, el-Beyânü’l-muġrib, II, 68–80.