Halkidiki yarımadası
Halkidiki yarımadası | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 2918 km² |
Yerləşməsi | |
40°20′00″ şm. e. 23°30′00″ ş. u.HGYO | |
Akvatoriya | Egey dənizi |
Ölkə | Yunanıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Halkidiki və ya Xaldiki[1] (yun. Χαλκιδική) — Yunanıstanın şimal-şərqində, Egey dənizi sahillərində yerləşən yarımada.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yarımadanın adı hələ b.e.ə X əsrdə burada salınmış qədim və böyük yunan şəhəri olan Halkedonun adından götürülmüşdür. Halkidiki adı isə sonradan bütün yarımadaya şamil edilmişdir. Bu yarımada haqqənda ilk məlumatı Heradot vermişdir. Halkidikidə Aristotel anadan olmuşdur.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Halkidiki eyni adlı yunan vilayətinin böyük hussəsini əhatə edir. Edey dənizinin daxilinə 120 km daxil olur, öz növbəsində üç yarımadaya bölünür:Kassandra, Sitoniya və Afon. Ərazisi əsasən dağlıqdır. Burada ən yüksək zirvə 2033 metr yüksəkliyə malik Afon dağıdır. Ərazisində yayılmış palıd, sahil ərazilərində isə makvis yayılmışdır. Sahil xəttinin uzunluğu 850 km-dir. Sahillərin kiçik körfəz və buxtalarla zəngindir. Qumlu çimərlikləri vardır[2].
Geoloji baxımdan kristalik suxurlardan təşkil olunmuşdur. Burada polimetal, dəmir, maqnezit ehtiyatları vardır. Yarımadanın iqlimi yayı isti və quraq, qışı isə sərin və rütubətli keçir. Orta illik temoeratur 12 °C təşkil edir. Burada ilk insan izləri 600 000 il öncəyə aid edilir. Ənənnəvi sahələrdən meyvə bağları, qoyunçuluq, zeytun təsərrüfatı mühüm yer tutur[2].
Turizm
[redaktə | mənbəni redaktə et]Halkidiki məşhur avropa turizm zonası hesab edilir. Ən görməli yerləri arasınds Avon yarımadasında yerləşən qayalıqlarda qərarlaşan 20 kişi monastrlarıdır. Burada yaxtinq, kazino, qolf meydançaları serfinq yerləri mövcuddur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ајон-Орос // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 196.
- ↑ 1 2 "Halkidiki". Çağdaş coğrafi adlar. 2016-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 sentyabr 2013.