Habuşu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Habuşu.

Habuşu (ハブ酒?)Yaponiyanın Okinava prefekturasına məxsus avamoriyə əsaslanan likör növü. İçkinin digər adları Habu sakesi və ya Okinava ilan şərabıdır. Habuşu elmi adı Trimeresurus flavoviridis olan habu ilanının şərəfinə adlandırılıb. Bu ilan zınqırovlu ilanlar yarımfəsiləsindəndir.[1] Habu ilanları çox zəhərlidirlər, Cənub-şərqi Asiyada, Filippin, Ryukyu və Yaponiya kimi adalarda yaşayırlar.[2] Habu ilanının sancması ürəkbulanmasına, qusmaya, təzyiqin qalxmasına və sonda ölümə səbəb olur. Habu ilanının qurbanları sağalsalar da, çox vaxt əl və ayaqlarının istifadəsində problemlər yaşamağa başlayırlar.[3]

Habuşu içkisinin əsas istehsalçılarından biri ildə 5000 habudan istifadə edir. İstehsalçılar içki üçün üyüdülmüş düyüdən və kocidən də istifadə edirlər. İçki bitkilərlə və balla qarışdırıldıqdan sonra açıq sarı rəng alır. Daha sonra ilan likörə salınır və istehlak olunana qədər içində saxlanılır. Habuşunu uzun vaxt saxlamaq adət halını alıb. İçkidəki alkaqol ilan zəhərinin həll olmasına və içkinin zəhərsiz olmasına səbəb olur.[4] Bəzi habuşu brendləri içkini ilan hələ butulkada ola-ola satırlar.[5]

İlanı alkoqola daxil etməyin iki üsulu var. Birinci metodda istehsalçı ilanı sadəcə alkoqola salır və onu batırır. İkinci üsulda ilan dondurulur, huşunu itirəndən sonra təmizlənir. Buz əridikdən və ilan oyandıqdan sonra ilan aqresiv şəkildə dərhal ölür. İstehsalçı daha sonra habunu 1 ay boyunca etanol vannasında saxlayır.[4] Daha sonra habu ilanı 40 gün müddətində 59 %-lik alkoqola qoyulur, axırda isə 35 %-lik avamoriyə salınır. İçkinin naxoş iyini aradan qaldırmaq üçün bağırsaqları çıxardılır.

Habu ilanları 26 saat kimi çox uzun müddət boyunca cütləşə bildiklərindən içkinin kişilərdə cinsi istəyi artdırdığına inanılır. Ümumi inanca görə içkini içənlərdə cinsi istək güclənir.[6]

  1. Society for Science and the Public, "Snakes from Okinawa", The Science News-Letter, 48, 1945: 211–212, doi:10.2307/3922011
  2. "Other Snakes of the South Pacific Most Likely to be Encountered". 2011-11-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-01.
  3. "An experimental study of emergency care for habu bites : estimation of amount of venom removed by suction". Ryukyu Medical Association. 5 (3): 196–200. 1982.
  4. 1 2 "Worm or Snake: Which do you prefer in your liquor?". 2007-08-15. 2012-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-02.
  5. "Saké Sunday: Saké With a Snake?". 2008-02-10. 2008-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-19.
  6. "Habu Sake". 2006-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-02.