Hürr Dava Partiyası
Hür Dava Partiyası Hür Dava Partisi | |
---|---|
Quruluş tarixi | 17 dekabr 2012 |
Baş qərargah | |
İdeologiya | İslamçılıq |
İdeoloji spektr | İfrat sağ |
Parlamentdə |
4 / 600 |
Saytı | hudapar.org |
Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya.
Tarixi
[redaktə | mənbəni redaktə et]2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar.[1] Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər.[2]
20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir.[2] Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.[3]
2012-ci ilin sonlarında "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" əsasən solçu və kürd milliyətçi Sülh və Demokratiya Partiyasının hegemonluğuna meydan oxumaq üçün siyasi partiya yaratmaq iradəsini açıqlamışdır.[4] 17 dekabr 2012-ci ildə "Hür Dava Partiyası" təsis edilmişdir.[5] 9 yanvar 2013-cü ildə Ankarada baş qərargah açılmışdır.[6]
"Hür Dava Partiyası"na bağlı cəmiyyətlər "Peyğəmbər aşiqləri" (türk. Peygamber Sevdalıları, kürd. Evindarên Pêyxamber) çətiri altında fəaliyyət göstərir.[7]
2023-cü il mayın 14-də Hürr Dava Partiyasının dörd namizədi (Serkan Ramanlı, Şahzadə Dəmir, Zəkəriyə Yapıcıoğlu, Faruk Dinç) Ədalət və İnkişaf Partiyası siyahısından Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçiliblər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Hizbullah: Tebliğ, Cemaat, Cihat". Bianet. 13 April 2013. 8 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2020.
- ↑ 1 2 Jenkins, Gareth. "A New Front in the PKK Insurgency". ETH Zürich. 15 June 2010. 25 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 May 2020.
- ↑ "Mustazaf-Der resmen kapatıldı!". Time Türk (türk). 15 May 2012. 25 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
- ↑ "Hüda-Par'ın rakibi BDP mi, AK Parti'mi?". Time Türk (türk). 6 December 2012. 25 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
- ↑ "Hür Dava Partisi (Hüda-Par) Resmen Kuruldu". Haber Diyarbakir (türk). 17 December 2012. 4 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
- ↑ "Genel Merkez Açılış Töreni Gerçekleştirildi" (türk). 9 January 2013. 28 January 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 May 2020.
- ↑ Kurt, Mehmet. Kurdish Hizbullah in Turkey - Islamism, violence and the state. London: PlutoPress. 2017. 42. ISBN 978-0-7453-9934-8.