Kiri Buba
Kiri "Buba" Abdullah | |
---|---|
Abdurahmanan xo Kiri Abdullah (Buba) | |
Doğum tarixi | 1870-ci illər |
Doğum yeri | Kiri kəndi, Kürə dairəsi, Dağıstan, Qafqaz canişinliyi, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Dərbənd, Kürə dairəsi, Dağıstan |
Vətəndaşlığı | Rusiya imperiyası |
Həyat yoldaşı | Şağa |
Atası | Abdurəhman |
Milliyyəti | Ləzgi |
Fəaliyyəti | Abrek |
Vikianbarda əlaqəli mediafayllar |
Kiri "Buba" Abdullah (ləzg. КIири Буба 1870-ci illər – 1908 və ya 1913) – Çar rejiminə və həmçinin yerli zülmkarlara qarşı mübarizə aparmış məşhur abrek, Ləzgilərin xalq qəhramanı. Ruslar ona təslim olmağı təklif edəndə, onun son sözləri "Namus xurxa hur qwan - xura çk'ul huray" oldu yani "Namusum palçığda olana qədər - sinəmdə xəncəl olsun".[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Buba ləqəbi ilə tanınan Əbdurəhman oğlu Abdulla Dağıstan vilayəti Kürə dairəsinin Kiri kəndində anadan olmuşdur.[2] Kiri Bubanın doğum tarixi haqqında dəqiq məlumatlar yoxdur. Ehtimal olunur ki, o, XIX əsrin 70-ci ilərin sonunda anadan olub. Kiri Buba Rusiya imperiyasının çar hakimiyyətinə qarşı mübarizə aparıb, xalqı açıq-aşkar çar hakimiyyətinə qarşı müharibəyə çağırırdı.
1905–1913 illərdə, qaçaq Buba 20 nəfərdən artıq dəstəsi ilə Bakıdan Mahaçqalaya kimi ərazini terror altında saxlayırdı. Varlıların mülklərin dağıdaraq, o aldığını kasıb camaata paylayardı. Xalq ona "Buba" yəni "böyüklük edən" adını verib.
Vəfatı
[redaktə | mənbəni redaktə et]Abrek Abdullah 1913-cü ildə iki ləzgi dostu ilə 40 rus kazakla qeyri-bərabər döyüşdə yaralanır, sonra isə Rus Çarlığı məhkəməsinin qərarı ilə xalqın göz onündə abrek və iki dostu edam edilir. Abrek Abdullahın başı üçün ruslar qızıl ilə 10 min rubl mükafat təyin edirdi. SSRİ dövründə Abrek Abdullahın nəyinki obrazları və əməllərı, onun haqqında danışmağ belə qadağan olunmuşdu, lakin buna baxmayaraq ki, Ləzgi xalqı ona çoxsaylı dördlüklər həsr edirdi. Bu dördlüklərdən yüzdən çoxu K. Kaziev və E. Navrubekov tərəfindən toplanmışdır, onlardan birinin bir hissəsi:[3]
Abrekin məzar daşında yazılıb: "Kiri Buba həyatdan heç vaxt həyatdan özünə mərhəmət diləmədi, Tariximizdə öz izini qoydu, Və igidliyini min illər boyu şərəfləndirdi.
O, xalqın ürəyində əbədi yaşayacaq! |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Тишков, Валерий Александрович. Российский Кавказ: книга для политиков (rus). Росинформагротех. 2007. 138, 384. ISBN 978-5-201-00806-2. 2024-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-06.
- ↑ Ramazanov, Bilal. Damax iya.
- ↑ В. А. Тишков. Российский Кавказ: книга для политиков. Росинформагротех. 2007. 138. — 384.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |