Karl Diyem

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Karl Diyem
alm. Carl Diem
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 24 iyun 1882(1882-06-24)[1][2]
Doğum yeri
Vəfat tarixi 17 dekabr 1962(1962-12-17)[1][2] (80 yaşında)
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Diyem(d.  24 iyun, 1882,Vürtsburq- ö.  17 dekabr, 1962,Köln)— Almaniyanın idman administratoru, Berlin Olimpiya Oyunlarının Təşkilat Komitəsinin Baş Katibi və 1936 Yay Olimpiya Oyunlarının əsas təşkilatçısı idi.

O, xüsusilə Olimpiya oyunları sahəsində nüfuzlu idman tarixçisi idi. Karl Diyem 1936-cı ildə Yay Olimpiya Oyunlarını təşkil edəndə, Olimpiya məşəlinin estafeti ənənəsini yaradıb.[4]

Məşəlin estafeti ideyasının irəli sürülməsi

[redaktə | mənbəni redaktə et]

Məşəlin estafetini kimin irəli sürdüyü barədə həmişə mübahisələr olub. Rəsmi məlumatlara görə, Yay Olimpiya oyunlarının Təbliğat Komitəsində Təbliğat Naziri inzibatçı cənab Haeggert son həftələrdə oyunlar haqqında ictimai məlumatlılığı artırmaq və təbliğ etməyi yerinə yetirirdi. 1934-cü il Olimpiya konfransına görə Yunanıstana səfərində Diyem və Levald Almaniya keçiriləcək oyunlar üçün təmrtəraqlı tamaşanın yeni simvolunu kəşf etdilər. Bu Olimpiya məşəlinin estafetlə Yunanıstandan Berlinə gətirilməsi idi. Diyem həm də 1910-cu ildən şəhərlərarası yol ötürücü təşkilatında təcrübəyə malik idi.

Məşəlin estafeti on ildən də az müddətdə Faşist hökmranlağı altında olacaq ölkələr olan Bolqarıstan,Yuqoslaviya Macarıstan, Avstriya , Çexoslovakiyadan keçdi. Bu hadisə Leni Rifenştal və Alman sənayesinin liderlərinin iştirakı ilə Hitlerin sevimli rejissoru tərəfindən filmə çəkildi. İşıqlandırma güzgüləri Zeiss koorporasiyası tərəfindən hazırlandı, məşəllərin özü isə maqneziumlu ehtiyat yanacaqla təhciz edilmişdi. Məşəllər hər iki dünya müharibəsində Almaniyanı silahlandıran böyük polad və hərbi ehtiyyatlar konqlomeratı Krupp tərəfindən yaradılmışdı.[5]

Estafetinin sonuncu mərhələsi oyunların açılış mərasimində stadionda alman elektrik mühəndisi və ölkə çempionu atleti Frits Şlingen tərəfindən Olimpiadanın məşəlini yandırması ilə başa çatıb. Şlingen əslində bu Olimpiada iştirak etmirdi,o da Reinştal kimi təşkilatçılar tərəfindən seçilmişdi. Diyem Fürerin sədri kimi açılış mərasimindən sonra Hitlerin qonaqlığında iştirak edirdi. Hitler stadionu addımlayıb keçən zaman beş yaşlı qız ona gülllərlə bəzədilmiş buket təqdim etdi. Bu uşaq Karl Diyemin qızı Gudrun idi.

Olimpiya Oyunlarının ev sahibi olan ölkəyə Yunanıstandan məşəlin estafetlə gətirilməsi ənənəsini o vaxtdan bəri hər Olimpiadada davam etdirilmişdir.

  1. 1 2 Carl Diem // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Carl Diem // Munzinger Personen (alm.).
  3. Deutsche Nationalbibliothek Record #118525336 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "Origin of the Olympic Flame Tradition and the Nazi Origin of the Olympic Torch Relay". Avqust 12, 2012. 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may, 2014.
  5. "The Olympic torch's shadowy past". 2008-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may, 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]