Kariyalılar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kariyalılar

Kariyalılar (q.yun. Κᾶρες) — cənub-qərbi Anadoluda yerləşən Kariyanın qədim sakinləri.

Qeyri-yunan mənbələrində

[redaktə | mənbəni redaktə et]

Bəzi tədqiqatçılar kariyalılıarn ilk xatırlanmasını Het mətnlərindən "Karkiya" və ya "Karkisa" termini hesab edirlər. Tunc dövrü Karkisa ilk dəfə Het kralı I Tudhaliya ilə müharibədə Assuva Liqasına kömək edən qəbilə ittifaqı və ya dövlət kimi xatırlanır. Daha sonra, e.ə. 1323-cü ildə lral II Arnuvanda Karkiyaya məktub göndərmiş, qərbi Anadoludakı Arsava luvi birliyinə daxil olan padşahlıqlardan biri olan "Seha çayı ölkəsi"ndən devrilmiş Manapa-Tarhunta üçün sığınacaq istəmişdir. Onlar Manapa-Tarhuntanın öz səltənətini bərpa etməsinə icazə verərək belə etmişdilər. Bir tərəfdən Tunc dövrünə aid "Karkiya" və ya "Karkisa" ilə Dəmir dövrünə Kariya və kariyalılar arasındakı əlaqə, hər ikisinin Qərbi Anadoluda lokallaşdırılmasına baxmayaraq, Karkisanın dəqiq yeri aydın olmadığı üçün olduqca mübahisəlidir.[1] Kariyalılar qonşu olan xalqların əksəriyyətinin adı "dəniz xalqları" sırasında çəkilir, lakin Kariyadakı Yasos şəhəri ilə bağlı olan WSS termini onlara aid edilmədiyi halda, kariyalıların özləri onların arasında deyil.

Qədim MisirNubiyada tapılan, I PsammetixII Psammetixin hökmranlıqlarına aid edilən "Kari" və ya "Hari" adları ilə yazılmış kitabələrdə kariyalılar muzdlular kimi də xatırlanır. Misirdə kariya dilində e.ə. VII–VI əsrlərə aid çoxlu yazılar aşkar edilmişdir.

Kariyalılarla əlaqəli tapıntılar İranın qədim Persepolis şəhərində tapılmışdır.