36° şm. e. 140° ş. u.HGYO

Kanto düzənliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kanto düzənliyi
yap. 関東平野
Ümumi məlumatlar
Mütləq hündürlüyü 0 m
Eni 110 km
Uzunluğu 140 km
Sahəsi 13000 km²
Coğrafiyası
Çaylar Toneqava, Karasuqava,
Vataraseqava, Omoiqava,
Kinuqava, Taqava,
Kokaiqava, Qoqyoqava,
Tamaqava, Akikava,
Saqamiqava, Arakava,
Edoqava, Sumidaqava,
Kuciqava, Nakaqava.
Göllər Kasumiqaura, Kitaura,
İnbanuma, Teqanuma,
Uşikunuma, Yanakako.
Yerləşməsi
36° şm. e. 140° ş. u.HGYO
Ölkə  Yaponiya
Region Kanto
Vilayət Tokio, Saytama, Kanaqava,
Çiba, İbaraki, Qunma, Toçiqi.
Kanto düzənliyi xəritədə
Kanto düzənliyi
Kanto düzənliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kanto düzənliyi[1] (yap. 関東平野) və ya Tokio düzənliyi[1] (yap. 東京平野) — Yaponiyanın ən böyük düzənliyi, Honşu adasının şərqində, Sakit okean sahilində, Kanto regionunda yerləşir və region ərazisinin təqribən 40%–ini təşkil edir.[2][3][4][5] Sahəsi 13 min km²–dir.[K 1] Şimaldan cənuba 110 km, qərbdən şərqə 140 km məsafədə uzanır.[11] Tektonik çökəklikdir.[1] Vulkan külü ilə örtülmüş Pleystosen çöküntülərindən təşkil olunmuşdur.[1] İqlimi rütubətli mülayimdir.[1] Sıx çay şəbəkəsi var.[1] Çayları (yap. 河川): Toneqava (yap. 利根川), Karasuqava (yap. 烏川), Vataraseqava (yap. 渡良瀬川), Omoiqava (yap. 思川), Kinuqava (yap. 鬼怒川), Taqava (yap. 田川), Kokaiqava (yap. 小貝川), Qoqyoqava (yap. 五行川), Tamaqava (yap. 多摩川), Akikava (yap. 秋川), Saqamiqava (yap. 相模川), Arakava (yap. 荒川), Edoqava (yap. 江戸川), Sumidaqava (yap. 隅田川), Kuciqava (yap. 久慈川) və Nakaqavadır[ing.]. Gölləri (yap. 湖沼): Kasumiqaura (yap. 霞ヶ浦), Kitaura (yap. 北浦), İnbanuma (yap. 印旛沼), Teqanuma (yap. 手賀沼), Uşikunuma (yap. 牛久沼) və Yanakakodur (yap. 牛久沼). Düzənliyin əksər çayları başlanğıcını şimalda və ya qərbdə yerləşən dağlardan götürür, şərqdə Sakit okeana və ya cənub–qərbdə Tokio körfəzinə tökülürlər. Çaylardan ən irisi (322 km)[12] uzunluğuna görə ölkənin ikinci böyük çayı hesab edilən[12] və şərqdə Sakit okeana tökülən Toneqavadır. Tez–tez zəlzələ olur.[1] Kanto regionunda 1923–cü ildə baş vermiş zəlzələ (Rixter şkalası ilə 7.9 bal)[13] nəticəsində Tokio şəhəri dağılmış[1], Tokio–Yokohama ərazisində təqribən 130–143 min[K 2] insan həyatını itirmişdi. Yaponiyanın "əsas kənd təsərrüfatı bölgəsi, ən önəmli sənaye və urbanizasiya mərkəzi olan"[2] Kanto regionunda əhalinin (42.607.376 nəfər; 2010)[K 3] əksəriyyəti Kanto düzənliyində məskunlaşmışdır. Düzənliyin ərazisində Tokio (8.949.447 nəfər; 2010)[15], Yokohama (3.689.603 nəfər; 2010)[15], Kavasaki (1.425.678 nəfər; 2010)[15], Saytama (1.222.910 nəfər; 2010)[15], Çiba (962.130 nəfər; 2010)[15], Saqamihara (717.561 nəfər; 2010)[15], Funabaşi (609.081 nəfər; 2010)[15], Haçioci (579.799 nəfər; 2010)[15], Utsunomiya (511.296 nəfər; 2010)[15], Kavaquçi (500.311 nəfər; 2010)[15], Matsudo (484.639 nəfər; 2010)[15], İçikava (474.926 nəfər; 2010)[15], Maçida (426.827 nəfər; 2010)[15], Yokosuka (418.448 nəfər; 2010)[15], Fucisava (409.734 nəfər; 2010)[15], Kaşiva (404.079 nəfər; 2010)[15] kimi böyük və çox sayda daha kiçik şəhərlər yerləşir. Ümumiyyətlə, Kanto regionu əhalisinin 95.07%–i (40.505.386 nəfər; 2010)[15] şəhərlərdə yaşayır.

  1. Düzənliyin ərazisi ingilisdilli müvafiq elmi ədəbiyyatda (xüsusən ABŞ–da nəşr edilmiş) əsasən 13 min km² olaraq göstərilir[2][3][5][6][7][8]; Bəzi mənbələrdə isə bu rəqəm 17.000[9] km² kimi göstərilmiş və ya qarışıqlıq yaranmışdır: məsələn ASE–nin V cildində "Yaponiya" məqaləsində düzənliyin ərazisi 17.000[10] km², "Kanto" məqaləsində isə 13.000[1] km² olaraq göstərilib.
  2. Bu zəlzələ nəticəsində dağıntılar altında qalaraq ölmüş insanların sayını 130.000[14], 140.000[6] və 143.000[13] nəfər göstərən müxtəlif mənbələr var.
  3. 1 oktyabr 2010–cu il siyahıyaalınmasına görə Tokio prefekturasında 13.161.751 nəfər, Saytama prefekturasında 7.194.957 nəfər, Kanaqava prefekturasında 9.049.500 nəfər, Çiba prefekturasında 6.217.119 nəfər, İbaraki prefekturasında 2.968.865 nəfər, Qunma prefekturasında 2.008.170 nəfər, Toçiqi prefekturasında 2.007.014 nəfər olmaqla Kanto regionunda cəmi 42.607.376 nəfər qeydə alınmışdır.[15]
  1. 1 2 3 4 5 6 7 8 9 Канто, сəhифə 251. // Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1981, 592 сəhифə.
  2. 1 2 3 Chapter 4: Japan, page 118. // The Handbook of East Asia Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine. Author: Michael Kort. Minneapolis: Twenty-First Century Books, 2005, 272 pages. ISBN 9780761326724
  3. 1 2 Chapter 2. The Society and Its Environment. — Physical Setting. — Geographic Regions, page 74. // Japan: A Country Study Arxivləşdirilib 2017-02-25 at the Wayback Machine. Fifth Edition. Editors: Ronald E. Dolan, Robert L. Worden. Washington: U.S. Government Printing Office, 1992, XXXVI+610 pages. ISBN 9780844407319
  4. Chapter 2. The Society and Its Environment. — Physical Setting. — Geographic Regions, page 78. // Japan: A Country Study Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine. Fifth Edition. Editors: Ronald E. Dolan, Robert L. Worden. Washington: U.S. Government Printing Office, 1992, XXXVI+610 pages. ISBN 9780844407319
  5. 1 2 "Natural Regions, Kanto" (ingilis). www.countriesquest.com. 2015-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-24.
  6. 1 2 Japan (author Lawrence Fouraker, Ph.D. St. John Fisher College), page 491. // Encyclopedia of World Geography[ölü keçid]. First Edition. General Editor: Ph.D. R. W. McColl. New York: Facts On File, Inc., 2005, XXIX+1151 pages. ISBN 9780816072293
  7. Encyclopedia of World Geography. Volume XXIV Arxivləşdirilib 2023-07-23 at the Wayback Machine. Editor: Peter Haggett. New York: Marshall Cavendish Corporation, 2001, page 3035. ISBN 9780761472896
  8. A Report on Japanese Natural Resources: A Comprehensive Survey. Volume I. Author: Supreme Commander for the Allied Powers, Natural Resources Section. Prepared in General Headquarters in 1948. Tokyo: Hosokawa Printing Company, 1949, page 23.
  9. III bölmə. Asia regionu və subregionları. — 2.3.11. Yaponiya dövləti, səh. 323–324. // Dünyanın iqtiasdi və sosial coğrafiyası. Ali məktəblər üçün dərslik. Müəlliflər: C. A. Məmmədov, Ç. N. İsmayılov, H. B. Soltanova, E. B. Nuriyev, İ. İ. Əhmədova, G. C. Cəfərova; Redaktor: H. B. Soltanova. Bakı: "Sabah" nəşriyyatı, 584 səh. ISBN 9789952453492
  10. Јапонија, сəhифə 69. // Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjасы, 1981, 592 сəhифə.
  11. "関東平野". 日本大百科全書 (yapon). kotobank.jp. 2001. 2016-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-25.
  12. 1 2 Japan, page 41. // Junior Worldmark Encyclopedia of Physical Geography. Volume 3: Indonesia to Mongolia[ölü keçid]. Editors: Karen Ellicott and Susan Bevan Gall. Farmington Hills: The Gale Group, Inc., 2003, LXV+ 169 pages. ISBN 0787662682
  13. 1 2 Chapter 7. A Geographic Profile of Monsoon Asia. — Module 7.4. Japan and the Koreas: Adversity and Prosperity in the Western Pacific. — Natural Hazards Living on the Ring of Fire, page 396. // World Regional Geography. Sixth Edition[ölü keçid]. Editor: Joseph J. Hobbs. Belmont: Brooks/Cole, Cengage Learning, 2008, XIV+721 pages. ISBN 9780495389507
  14. Encyclopedia of the World’s Nations and Cultures. Revised edition Arxivləşdirilib 2023-02-20 at the Wayback Machine. Editor: George Thomas Kurian; Contributors: Twenty-four authors. New York: Facts On File, 2007, p. 1189. ISBN 0816063079, ISBN 9781438129273
  15. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 日本統計局. "平成22年国勢調査の概要: 第2表 人口及び世帯数 - 都道府県,市部,郡部,市町村" (yapon). www.stat.go.jp. 2016-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]