12°25′16″ c. e. 132°40′23″ ş. u.HGYO

Kakadu Milli Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kakadu Milli Parkı
ing. Kakadu National Park
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 19.804 km2 ha
Mütləq hündürlüyü 53 m
Yaradılma tarixi 5 aprel 1979
Ziyarətçi sayı 2002
Yerləşməsi
12°25′16″ c. e. 132°40′23″ ş. u.HGYO
Ölkə  Avstraliya
Vilayət Şimal
Yaxın şəhər Jabiru
environment.gov.au/topic…
Kakadu Milli Parkı xəritədə
Kakadu Milli Parkı
Kakadu Milli Parkı
Rəsmi adıing. Kakadu National Park
TipiTəbii və mədəni
Kriteriyai, vi, vii, ix, x
Tarixi1981
İstinad nöm.147
RegionAvstraliya və Okeaniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kakadu Milli Parkı (ing. Kakadu National Park) — Avstraliyada yerləşən milli park. Park UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.

Kakadu Milli Parkı dörd ədəd çay sistemi və çox müxtəlif coğrafi şəkilləri ilə dünyanın ən böyük milli parklarından biridir. Tükənmə təhlükəsi altında olan duzlu su timsahı və donuz burunlu quru tısbağasının balalama bölgəsi bu milli parkdır. Bitki örtüsü çox müxtəlifdir və 46 nadir bitki növünü saxlamaqdadır.

Park eyni zamanda bir çox Aborigen mədəniyyətinə ev sahibliyi edir. Milli parkda minlərlə illik aborigen mədəniyyətini əks etdirən 5000-dən çox sənət əsəri var. Arxeoloji sahələrdəki qalıqlar buradakı Aborigen həyatının ən az 20000 illik və böyük ehtimalla 50000 ilə qədər uzandığını göstərməkdədir. Kakadu dünyada sayı çox az olan qarışıq dünya mirası sahələrindən biridir.

Kakadu Milli Parkının bir hissəsi 1981-ci ildə, bir hissəsi 1987-ci ildə, bütün park isə 1992-ci ildə Ümumdünya İrsi siyahısına daxil edilmişdir.[1]