Kazım xan Quşçu
Kazım xan Quşçu | |
---|---|
Kazım xan Məşədi Rza oğlu Quşçu | |
Doğum tarixi | 2 iyul 1867 |
Doğum yeri | |
Vəfat tarixi | 1922 |
Milliyyəti | azərbaycanlı |
Kazım xan Məşədi Rza oğlu Quşçu (2 iyul 1867, Quşçu – 1922) — el qəhrəmanı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Kazım xan Məşədi Rza oğlu 1867-ci ildə Urmiya gölü sahillərindən bir neçə km uzaqlıqda yerləşən Ənzəl mahalının Quşçu qəsəbəsində anadan olub. Kazım gənc yaşlarında öz kiçik qəhvəxanasında çalışır, ailəsinə çörək aparır. Amma bölgəyə sürəkli daxil olan rus-erməni və kürd dəstələri ərazini viran qoyduğuna, əhalini çapıb talayıb öldürdüyünə görə, öz yurdunu qorumaq qərarına gələn Kazım özü kimi dəliqanlı gəncləri başına toplayaraq kiçik silahlı dəstə yaradır. Kazım xan və mücahidlərinin ilk silahlı vuruşması 1909-cu ildə ruslarla olur. Xalqın əlindəki bütün silahları toplayarkən Quşcu əhalisi etiraz edir, ruslar da buna cavab kimi qəsəbəni topa tutur. Kənd camaatı geri çəkilməyə məcbur olsa da, Kazım xan və onun mücahidləri dağlara çəkilərək bu gün öz adını daşıyan, o vaxt isə Qırxlar adlanan qalaya çəkilirlər. Onlar bu qalada düşmənləri torpaqlarından təmizləmək uğrunda son nəfəslərinədək vuruşurlar. Mərhum şairimiz Rəsul Rza demişkən;
Vuruşdular:
Son gülləyə;
Son süngüyə, son qundağa qədər.
Vuruşdular:
Hər şey qırmızı geydi,
Daşdan, torpağa qədər.
Vuruşdular:
Alt dodaqdan
Üst dodağa qalxa bilməyən
Səsə qədər.
Erməni dövləti yaratmaq üçün güneydə Azərbaycan şəhərlərinin boşaldılması prossesi davam edir. Bu ərəfədə yəni 1917-ci ildə Rusiyada sosyalist inqilabı baş verir. İnqilabdan sonra ruslar öz vətənlərinə qayıtmaq məcbiriyyətində qaldılar. Amma öz yerlərini erməni soyqırım maşınına təhvil verərək. Onlar Urmiyəlilərin müqavimətini qırdıqdan sonra Əsgərabad qala kəndinə yan alırlar. Burada heç cür qələbə qazana bilməyən düşmənlər topçu alayının köməyi ilə qalanı ələ keçirirlər. Əsgərabad faciəsindən sonra erməni ordusu rus və fransız senaristlərinin göstərişi ilə digər əsas nöqtələrə- Quşcu və Çehrigə doğru hərəkət edirlər. Bu zaman Kazım xan Quşcu, Bari, Göyərçin qala, Mərəngəli, Qarabağ, Meqatlı, Boydaş və Qalqaçı kəndlərinin cəsur gənclərini bir araya gətirərək 300 atlı mücahidlə birgə savaşa girir. Kazım xan Quşcu yaxınlığında pusqular quraraq erməni qüvvələrinə ciddi zərbələr vurur və onların Urmiya və Səlmasa girməsinə mane olur. Amma 1918-ci ilin qışında yenidən hərbi əməliyyata başlayan erməni-rus qüvvələri Urmiyə və Səlmasın Azərbaycan Türkləri yaşayan bütün kəndlərini xarabaya çevirir, 150 min azərbaycanlının hər birini əzabla öldürürlər. Bütün kəndləri sonuncu nəfərinədək məhv edən ermənilərin zülmündən yalnız Qırxlar qalasına sığınan əhali canını qurtara bilir.
Qalaya sığınan əhalini tam altı il ərzində, Kazım xan rifah içində yaşadır. Bu vaxt ərzində bir nəfər belə aclıqdan və xəstəlikdən ölmür. O, 25-30 nəfərlik qayıqlar düzəldərək gölün əks tərəfi ilə irtibat qurur. Bundan başqa qonşuluqdakı Anadolu ilə əlaqə quraraq Osmanlı Məhəmməd Əfəndinin yardımı ilə qalaya silah-sursat, su pombası və top gətirir.
Birinci Dünya Müharibəsindən sonra Türkiyə-Alman birliyinin dağılması nəticəsində Türkiyə, ordusunu geriyə qaytarmağa məcbur edir. Meydanı boş görən kimi bu dəfə cənubi Azərbaycanda artıq kürdlər fəallaşmağa başlayır. Həm qacarlar dövlətinin zəyifliyindən, həm Türkiyə ordusunun öz vətəninə qayıtmasından, həm ermənilərin taqətdən düşməsinə həm də azərbaycanlıların soyqırım şokundan özlərinə gələ bilməməsindən istifadə edərək Qurd Şıkak aşirətinin rəisi İsmayıl Simitko başına silahlı dəstə toplayır və güney Azərbaycanı tarixdən silmək üçün silahdan yapışır.
1922-ci ildə ingilislərin əli ilə savaşa atılan və hakimiyyəti ələ keçirməyə çalışan pəhləvi Rza xan ölkənin digər yerlərindəki üsyanları yatırdığı kimi İsmayıl Simitkonun başcılığı ilə Kürdləri də neytralaşmaq qərarına gəlir. Bu məqsədlə böyük bir hərbi qüvvəni Qırxlar qalasına-Kazım xanın köməyinə göndərir. Kazım xan öz qüvvələrini pəhləvilərlə birləşdirib kürdləri bu ərazidən uzaqlaşdırmağa nail olur. Yaxşı münasibətləri olmasına baxmayaraq, Kazım xan Rza xanın ingilislərin əlaltısına çevrildiyini görüb şah kimi onu pəhləviləri deyil, hələ də Qacarlar dövlətini tanıdığını bildirir və etiraz əlaməti olaraq yenidən Qırxlar qalasına çəkilir. Dostkən düşmənə çevrilən, Rza xan Kazım xandan qalanı boşaltmasını tələb edir, toqquşma yaranır. İlk münaqişədən sonra Kazım xan öz düzəltdiyi əl qumbarasının partlaması nəticəsində qalada həlak olur. Onun ölümündən sonra mücahidləri mübarizədən vaz keçərək vuruşmasız qaladan çıxırlar.
Böyük Türk sərkərdəsi olan Kazım xan, şücaət simvoluna çevrilmiş bu müdafiə qalasında dəfn edilir, daha sonra onun məzarı yaxınları tərəfindən qonşuluqdaki Göyərçin Qala kəndinə aparılır və orda basdırılır.
Xalq onu müdafiə edib sinəsini düşmənə sipər edən qəhrəmanın adını Qırxlar qalasına həkk edir. Bir əsrə yaxındır ki, bu qala fəxarətlə Kazım xan Daşı adını daşıyır. Xalqın dilində, onun adı ilə bağlı rəvayətlər və əfsanələr yaşayır, dastan olub dildən dilə, eldən elə gəzir.