Kavaratti
Şəhər | |
Kavaratti | |
---|---|
malaya. കവരത്തി | |
10°34′00″ şm. e. 72°38′20″ ş. u.HGYO | |
Ölkə | Hindistan |
Region | Lakdaşvip |
Rayon | [[Lakkadiv adaları]] |
Tarixi və coğrafiyası | |
Sahəsi | 3.93 km² |
Mərkəzin hündürlüyü | 1 m |
İqlimi | tropik |
Saat qurşağı | UTC+05:30 |
Əhalisi | |
Əhalisi | 11,473 nəfər (2014) |
Sıxlığı | 2,920 nəf./km² |
Milli tərkibi | Malayali, maldiv |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +91 4896 |
Poçt indeksi | 682555[1] |
Nəqliyyat kodu | IN-LD-05 |
Digər | |
lakshadweep.nic.in/kavaratti.html (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Kavaratti — Hindistanda ada və şəhər, Lakşadvip ərazisinin inzibati mərkəzi.
Coğrafiya
[redaktə | vikimətni redaktə et]Kavaratti Lakkadiv adaları rayonunda yerləşir. Sahəsi – 3.93 km2 (1.52 kv. mil). Adanın ən yüksək nöqtəsinin hündürlüyü – 1 metr (3.3 ft). Ada Kerala ştatının sahilindən 360 kilometr (190 nmi) uzaqlıqdadır.
Kavarattiyə ən yaxın yer əhalisi olmayan Pitti adacığıdır və Kavarittinin 24 kilometr (13 nmi) şimalında yerləşir. Adaya ən yaxın yaşayış məntəqəsi Aqatti və Suheli-Par adalarıdır. Aqatti adanın 54 kilometr (29 nmi) şimal-qərbində, Suheli-Par isə 53 kilometr (29 nmi) cənub-qərbində yerləşir.[2]
Kavarattiyə Hindistanın kontinental ərazisindəki ən yaxın şəhər Koçindir və adadan 404 kilometr (218 nmi) uzaqdır. Adada sahəsi 8.96 km2 (3.46 kv. mil) olan bir laqun var.
Əhali
[redaktə | vikimətni redaktə et]2014-cü ildə keçirilən Hindistan əhali siyahıyaalmasına əsasən adanın 11,473 nəfərlik bir əhalisi var.[3] Əhalinin 55%-i kişilərdən, 45%-i isə qadınlardan ibarətdir. Onların demək olar ki, hamısı müsəlmandır. Ada əhalisinin əksəriyyəti malayalam, Maldiv və ingilis dillərində danışır.[4]
İqtisadiyyat
[redaktə | vikimətni redaktə et]Kavarattidə bir liman var, lakin iqtisadiyyatda əsas pay, bütün Lakşadvipdə olduğu kimi, turizmə düşür. Yaz aylarında temperatur 32 dərəcədən yuxarı qalxmır. Adada ətraf mühit problemlərinin olmaması turistləri cəlb edir.[5]
Nəqliyyat
[redaktə | vikimətni redaktə et]Kavarattiyə ən yaxın daxili hava limanı Aqatti adasında yerləşir. Adaya ən yaxın beynəlxalq hava limanı Koçin Beynəlxalq Hava Limanıdır.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Details of Post Office BITHRA, LAKSHADWEEP.
- ↑ "Kavaratti". Falling Rain Genomics, Inc. 2009-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2018.
- ↑ 1 2 "Kavaratti Island" (PDF). Union Territory of Lakshdweep. 2012-05-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2018.
- ↑ "Kavaratti". India Guide. 2014-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2018.
- ↑ "Kavaratti Islands, Lakshadweep". Must See India. 2012-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2018.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Vikianbarda Kavaratti ilə əlaqəli mediafayllar var.
- lakshadweep.nic.in/kavaratti.html — Kavaratti adasının rəsmi saytı