Kosovo sahəsi
Kosovo sahəsi (serb. Косово поље; alb. Fusha e Kosovës) — Dinar yaylasında yerləşən[1] dağarası hövzə.[2][3] Bu yer daha çox 1389-cu ildə serb və osmanlı ordularının arasında baş verən Kosovo döyüşü və bir çox digər döyüşlərin məkanı kimi tanınır.
Adı
[redaktə | mənbəni redaktə et]"Kosovo" sözü serb dilindən qısaldılmış tərcümədə "qara qaratoyuqların yeri" mənasınl verir. Serb dilində кос sözü "qara qaratoyuq" deməkdi.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Yayla Mitrovitsa tərəfindən cənuba uzanır, Obiliç, Kosovo Polye və Liplyan şəhərləri buranın ərazisinə daxildi. Kosovo regionu təxminən Ferizovikdən Vıçıtırına qədər uzanır.
Dəniz səviyyəsindən 500–600 m yuxarıda yerləşir.[4] Şimaldan Kopaonik dağı ilə, cənubdan isə Şar dağlarından əhatə olunub. Onun uzunluğu 84 km, eni isə 14 km-ə çatır. Əsasən qədim çay və göl çöküntülərindən düzələn təpəli düzənlik sayılır,
Tarixi
[redaktə | mənbəni redaktə et]1877-ci ildə Osmanlı imperiyası Kosovo vilayətini yaratmışdır.
Birinci dünya müharibəsi zamanı serb ordusu 1915-ci ilin noyabrında Kosovo düzənliyi tərəfə çəkildi, bundan sonra hər iki tərəfdən hücumu altında qalaraq, ordu dağlardan Albaniyaya keçdi.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ ↑ Косово поле. Словарь современных географических названий. — Екатеринбург: У-Фактория. Под общей редакцией акад. В. М. Котлякова. 2006. (rus)
- ↑ Косово поле. Большая советская энциклопедия. — М.: Советская энциклопедия. 1969–1978. (rus)
- ↑ Kosovo sahəsi. Ümumdünya tarixi. Oksford şəkilli ensiklopediyası. Oxford University Press. Harri Cadc. 2003.
- ↑ Salihu, Salih, Heinrich Grausgruber, and Peter Ruckenbauer. "Agronomic and quality performance of international winter wheat genotypes grown in Kosovo." Cereal Research Communications 34.2 (2006): 957–964.
- ↑ Ian V. Hogg (1995). Battles: A Concise Dictionary Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine. Harcourt Brace. p. 87. ISBN 978-0-15-600397-1.