Koriolis qüvvəsi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Biz müəyyən bucaq sürətilə fırlanan hesabat sistemində yerləşən cismə təsiri nəzərdən keçirərkən cismin fırlanan sistemə görə sükunətdə olduğunu qəbul etmişik . Əksər hallarda fırlanan sistemə nəzərən müəyyən irəliləmə hərəkətində iştirak edən cismin hərəkətini öyrənməli oluruq . Belə olduqda qarşımıza təbii bir sual çıxır : fırlanan sistemlərə nəzərən hərəkət edən cisimlərə , məsələn , Yer üzərində hərəkət edən adamlara , nəqliyyat vasitələrinə , axan çaylara mərkəzəqaçma ətalət qüvvəsindən əlavə başqa qüvvələrdə təsir edirmi ? Bu sualın cavabını ilk dəfə olaraq fransız alimi Koriolis ( 1795-1843 ) vermişdir .
Yer Günəş ətrafında hərəkətlə yanaşı öz oxu ətrafında da fırlandığından , ona fırlanan sistem kimi baxa bilərik . Belə olduqda Yer üzərində hərəkət edən bütün cisimlərə Koriolis qüvvəsi təsir göstərməli və bu təsirlərin nəticəsi müşahidə edilmələdir . Müşahidələr göstəmişdir ki , həyatda Koriolis qüvvəsi təsir göstərir və bu təsirlərin nəticəsi müşahidə olunur . Çaylar cənub yarımkürəsində cənuba , şimal yarımkürəsində isə şimala axdığından çayın axını istiqamətində baxdıqda cənub yarımkürəsində sol , şimal yarımkürəsində isə sağ sahillərinin nisbətən çox yuyulub aparılması ( bu hadisə Bera qanunu adlanır ) Koriolis qüvvəsini təsiri ilə izah olunur . Qatarların hərəkət istiqamətində qütblərə doğru baxdıqda şimalda sağ , cənubda isə sol relslərin daha çox yeyilməsi də Koriolis qüvvəsinin təsiri ilə əlaqədardır .
Koriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində şərqə , cənub yarımkürəsində qərbə doğru meyl edir . Mərmi meridian üzrə cənuba doğru hərəkət etdikdə isə əksinə olacaq . Ekvator boyu qərbə doğru hərəkət edən mərmi Koriolis qüvvəsinin təsiri ilə Yerə sıxıldığı halda , şərqə doğru hərəkət zamanı Yerdən uzaqlaşır .
Rəqqasın rəqs müstəvisinə Koriolis qüvvəsini təsiri elm tarixində mühüm rol oynamışdır. Fransız alimi Fuko 1851-ci ildə uzunluğu 67 m olan riyazi rəqqasla təcrübə apararaq Koriolis qüvvəsinin təsirini nümayiş etdirməklə eyni zamanda Yerin öz oxu ətrafında fırlandığını praktik olaraq təsdiq etmişdir .Fuko , zaman keçdikcə rəqqasın rəqs müstəvisinin Yerin fırlanma istiqamətinin əksinə doğru döndüyünü müşahidə etmişdir .Fuko rəqqasına oxşar rəqqas Leninqrad şəhərində İsaaki kilsəsində saxlanılır . Uzunluğu 98 m olan bu rəqqas vasitəsilə qısa müddətdə rəqs müstəvisinin dönməsini müşahidə etmək olar . Bu məqsədlə rəqqası müəyyən bir müstəvi üzrə rəqsə gətirib , həmin müstəvidən bir qədər kənara taxta parçası qoyurlar . Müəyyən vaxt keçdikdən sonra rəqqasın rəqs müstəvisi dönür və yolunda olan taxta parçasına toxunaraq onu itələyir .
Tərpənməz ( məsələn , Günəşlə bağlı olan ) sisteme görə bu hadisələr çox asanlıqla izah olunur : rəqqas ətalət qanununa görə rəqs müstəvisini dəyişməz saxlayır , Yer öz oxu ətrafında fırlandığından rəqqasın rəqs müstəvisi Yerə nəzərən dönür .