Kopaida
Kopaida gölü | |
---|---|
q.yun. Κωπαΐς, yun. Κωπαΐδα | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 95 m |
Yerləşməsi | |
38°27′ şm. e. 23°03′ ş. u.HGYO | |
Ölkə | Yunanıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kopaida və ya Kopais (q.yun. Κωπαΐς; yun. Κωπαΐδα) — Mərkəzi Yunanıstanda, Beotiya düzənliyində yerləşən keçmiş göl. XIX əsrin sonlarında göl qurumuşdur. Bir zamanlar göldə yerləşən adada melaqit vardı. Homerin Arne adlandırdığı şəhərin burada yerləməsi ehtimal edilir.
Quruması
[redaktə | mənbəni redaktə et]Göl mövcud olduğu dövrdə onun sahillərində Qaliartos, Orxomenos və Xeroniya adlı şəhərlər mövcud olmuşdur. Gölə Kifisos, Termessus və Triton çayları tökülür. Göl ətrafında geniş əkin sahələri vardı. Göl daşarkən bu sahələri su basırdı. Göl ətrafında olan bataqlıq müxtəlif xəstəliklərə səbəb olurdu. 1867–1887-ci illərdə Lake Copais Company britaniya şirkəti gölün boşaldılması məqsədilə kanallar inşa etməyə başlayır. Nəticədə 200 km² sahə qurudulmuşdur. Bu qurudulmuş sahə uzun zaman Lake Copais Company şirkətinə mənsub olmuşdur. 1952-ci ildə isə mülkiyyət hüququ hökumətin nəzarətinə verilir[1][2]
1957-ci ildə gölün drenajını idarə etmək və yeni bir yol çəkmək məqsədilə The Kopais Lake Agency şirkəti qurulur. Əsas işlər elə həmin ildə aparılmışdı. Ancaq agentliyin 30 işçisi və prezidentinin şəxsi sürücüsü 2010-cu ilədək mövcud olmuşdur[3]
Gölün qurumasından əvvəl göldən axan su çox sayda yeraltı kanallar vasitəsilə dənizə axırdı. Coğrafiyaşünas Strabon yazdığına görə bu kanalların bəziləri süni idi. Müasir arxeoloji araşdırmalar göstərir ki, iri kanalların bir çoxu b.e.ə 14 əsrdə inşa edilmişdir[4]. Stabon bu kanalların inşasını Makedoniyalı İsgəndərin dövründə Kratet adlı mühəndis tərəfindən həyata keçirildiyini qeyd edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Buildings of the Installations of Copais Company" (ing.), информация с сайта министерства культуры Греции
- ↑ "Mycenaean Gla" Arxivləşdirilib 2012-06-29 at Archive.today (ing.)
- ↑ "The 'Atimorisia' Illness: Greece's Toothless Battle against Corruption". Spiegel Online (ingilis). 2012-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-09.
- ↑ "Technology in Ancient Greece" (ing.)