44°02′ şm. e. 16°11′ ş. u.HGYO

Knin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Knin
Knin
Gerb
Gerb
44°02′ şm. e. 16°11′ ş. u.HGYO
Ölkə  Xorvatiya
Region Şibenik-Knin
Mayor Yosipa Rimaç
Tarixi və coğrafiyası
Sahəsi 355 km²
Mərkəzin hündürlüyü 214 m
Saat qurşağı UTC+1 , yayda UTC+2
Əhalisi
Əhalisi 10.633 nəfər (2011)
Rəqəmsal identifikatorlar
Telefon kodu +385 022
Poçt indeksi 22300
Nəqliyyat kodu 022
Digər
knin.hr  (xorv.)
Xəritəni göstər/gizlə
Knin xəritədə
Knin
Knin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Knin (xorv. Knin) — Xorvatiyanın Şibenik-Knin qraflığında, Dalmatiya diyarnın iç bölgəsində yerləşən şəhər. Şəhər Krka çayının mənbəyinin yaxınlığında olub Zaqreb ilə Split arasındakı qovşağın və dəmiryol xətləri üzərindədir. Knin şəhərinin əhəmiyyəti tarixdə iki dəfə artmışdır. Həm orta əsrlərin Xorvatiya Krallığının, həm də XX əsrin sonunda Krayina Serb Respublikasının paytaxtı olmuşdur.

Orta əsrlərdə şəhər macarca Tinin, italyanca Tenin, latınca Tinum adlanmışdır. Tinum sözü indi də bir yepiskop titulu adı kimi işlənməkdədir.

Knin şəhəri Dalmatiya diyarında yerləşmiş olub sahil şəhəri Şibenikdən 56 km uzaqlıqdadır.

Şəhərin yaxınlığında Knin meşəsi, Krka çayı, Dinar Alp dağları yerləşir.

Milli etnik tərkib

[redaktə | mənbəni redaktə et]
İl[1] 1880 1890 1900 1910 1948 1953 1961 1971 1981 1991 2001 2011
Xorvatlar 15.1% 14.5% 14.3% 14.4% 14.6% 14.5% 15.3% 15.2% 11.3% 10.3% 76.5% 75.4%
Serblər 82.3% 84.5% 83.5% 84.2% 84.7% 84.1% 82.1% 80.7% 72.8% 85.5% 20.8% 23.0%
Digərləri 2.6% 1% 2.2% 1.5% 0.7% 1.5% 2.6% 4.1% 15.9% 4.2% 2.7% 1.6%

Şəhərin başlıca futbol klubu 1913-cü ildə qurulmuş "Dinara" FK-dır. 2005-ci ilə qədər klubun rəngləri qara-ağ idi, lakin daha sonra qırmızı, ağ və göy etmişdir. Xorvatiyanın 4-cü divizyonunda oynamaqdadır. Klubun loqosu ortada dayanan "D" hərfindən, qırmızı, ağ və göy rənglərdən ibarətdir.

Şəhərin 1998-ci ildə qurulmuş idman assosasiyası da vardır. Basketbol da populyardır. Xorvatiya milli basketbol komandası bir dəfə Knində oyun keçirmişdir. Həmin oyun 1999-cu ildə İsrail milli basketbol komandasına qarşı baş tutmuş və Xorvatiya 78:68 hesabı ilə qələbə çalmışdır. Digər populyar idman növləri taekvondo, reqbi, voleybol, karate, həndbol, tennisdir.

  1. "Arxivlənmiş surət". 2019-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

knin.hr — Rəsmi saytı