Gürcüstanda turizm
Gürcüstanda turizm — Gürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Beynəlxalq turizm tez inkişaf edən sahədir. 2016-cı ildə turizm sektoru ölkənin Ümumi Daxili Məhsulun 7,3 %-ini təşkil edirdi. 2015-ci ildə isə bu göstərici yalnız 6,6 %-ə bərabər olmuşdur. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət etmişdir.[1] Bu göstərici əvvəlki illərə nisbətdə 7,6 % daha çoxdur. Gürcüstan Milli bankının məlumatına görə, 2016-cı ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləmişlər. Göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 11 % çoxdur. Gürcüstanda xarici turistlərin xərcləri ödəmə balansına əhəmiyyətli dərəcədə təsir göstərir və təxminən Gürcüstan xidmətlərinin ixracından gələn gəlirlərin 61,4 %-i turizm sahəsinin üzərinə düşür.[2]
Xarici turistlər orta hesabla 5,1 gündən bir ölkəyə gəlirlər.[2] 2016-cı ildə ölkəyə 24 saat ərzində keçən turistlərin sayı 19 % artmışdır.[1]
Gürcüstanın Turizm üzrə Milli Administrasiyası ölkədə turizmin inkişafı ilə bağlı olan məsələlərlə məşğul olur. 2015-ci ildə qurum 26 beynəlxalq və daxili turizm yarmarkasında iştirak etmişdir. Doqquz marketinq məqsədli kampaniyaları təşkil etmiş və mətbuat üçün 64 tanışlıq səfəri keçirmişdir.
Ölkələr üzrə turistlər
[redaktə | mənbəni redaktə et]Xarici ölkə vətəndaşlarından 2015 və 2016-cı illərdə Gürcüstanı ən çox ziyarət edənlər[2]:
Sıra | Ölkə | 2015 | Sıra | Ölkə | 2016 | |
---|---|---|---|---|---|---|
1 | Ermənistan | 1,468,888 | 1 | Azərbaycan | 1,523,075 | |
2 | Azərbaycan | 1,393,257 | 2 | Ermənistan | 1,496,246 | |
3 | Türkiyə | 1,391,721 | 3 | Türkiyə | 1,254,089 | |
4 | Rusiya | 926,144 | 4 | Rusiya | 1,037,564 | |
5 | Ukrayna | 141,734 | 5 | Ukrayna | 172,631 | |
6 | İsrail | 59,487 | 6 | İran | 147,915 | |
7 | Polşa | 41,425 | 7 | İsrail | 92,213 | |
8 | Almaniya | 36,826 | 8 | Qazaxıstan | 48,809 | |
9 | Qazaxıstan | 36,777 | 9 | Polşa | 44,388 | |
10 | ABŞ | 31,147 | 10 | Almaniya | 40,889 | |
2015-ci ildə ümumi turist | 5,901,094 | 2016-cı ildə ümumi turist | 6,350,825 |
Viza məhdudiyyətlərinin ləğvi nəticəsində, 2016-cı ildə İrandan gələn ziyarətçilərin sayı 485 % artmışdır. Həmçinin İsraildən gələn ziyarətçilərin sayı əhəmiyyətli dərəcədə — 55 % artmışdır.
Otellər
[redaktə | mənbəni redaktə et]Milli turizm administrasiyasının məruzəsinə əsasən, Gürcüstanda 2016-cı ilə təxminən 1700 mehmanxana fəaliyyət göstərmişdir. Tiflisdə 14 837 koyko-yer qeydə alınmışdır.
Beynəlxalq mehmanxana şəbəkələrinin bir çoxu Gürcüstanda fəaliyyət göstərir: Courtyard by Marriott[3], Sheraton Hotels and Resorts[4] və Radisson Hotels[5].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 7.3 % of Georgia’s GDP in 2016 Produced by Tourism Sector Arxivləşdirilib 2018-07-25 at the Wayback Machine // tabula.ge
- ↑ 1 2 3 "Georgian tourism in figures" (PDF). GNTA. 2015. 7 November 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 February 2017.
- ↑ "Holiday Inn Tbilisi". ihg.com. 27 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2017.
- ↑ "Sheraton Batumi". sheratonbatumi.com. 5 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2017.
- ↑ "Radisson Blu Iveria". radissonblu.com. 7 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2017.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- VikiSəyahətdə Georgia haqqında səyahət məlumatları var.
- Interactive map of the protected areas of Georgia[ölü keçid]
- Official Georgian government website on tourism, by the Department of Tourism and Resorts of Georgia
- "Hvino TOUR News": daily news on tourism and hospitality industry of Georgia (in English)
- Tourism Geoinformation Center: Tours across Georgia (in English)