Gülablı
Gülablı | |
---|---|
39°52′51″ şm. e. 46°56′50″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 707 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0224[1] |
Gülablı — Azərbaycan Respublikasının Ağdam rayonunun Gülablı kənd inzibati ərazi dairəsində kənd.[2]
Tarixi
[redaktə | mənbəni redaktə et]Gülablı kəndi Qarabağın dağlıq ərazisində yerləşən bir hissəsidir. Vaxtilə bu kənd Şuşa qəzasının tərkibində olmuşdur. Gülablı kəndini Tanrı sanki əhvalının xoş olduğu vaxtda yaradıb. Kəndi əhatə edən dağlar, zümrüd meşələr onun gözəlliyini birə beş artırırdı. Kənddən xeyli aralıda bulaq sularının bir-birinə qarışmasından əmələ gələn çayın kəndi ikiyə bölməsi bu yaşayış məntəqəsinin gözəlliyini bir az da tamamlayırdı. Gözəl təbiəti, saf havası qədimlərdən burada yaşayış olmasından xəbər verir. Təsadüfi deyil ki, xanlıq dövründə (söhbət Qarabağ xanlığından gedir) xan övladlarına dayə və süd anası Gülablı kəndindən tutulardı. Firudin Şuşinski yazırdı: “XVIII əsrdə İbrahim xan Şuşada doğulan hər bir oğlan uşağına Abdal-Gülablı kəndindən dayə və süd anası tutmaq barədə fərman verib. Bu kəndin əhalisinin şücaətini qiymətləndirən Qarabağ xanının bu fərmanına əməl olunması, oğlan uşaqlarının hünərli olmasına səbəb olmaqla yanaşı, həm də Abdal-Gülablıdakı gözəl səsə malik nəsillərin də Şuşada ecazkar səsli xanəndələrin yetişməsinə təsir edən əsas amillərdən idi. (F.Şuşinski. “Qarabağ musiqiçiləri”. 1995, Bakı, “Maarif” nəşriyyatı). “Kiçikbəyim üçün Gülablı kəndindən gətirilmiş və o zamandan bəri sarayda qalmış dayə, xanımın qarşısında çömbəlib, onun baş barmaqlarını ağ ipliklə çatdı”. (Yusif Vəzir Çəmənzəminli. əsərləri, ikinci cild. “Elm” nəşriyyatı, Bakı: 1976. s. 491)[3]
Gülablı kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur.[4] 2011-ci ilin sentyabrın 12-də kəndin ərazisi üzərində pilotsuz təyyarə qəzaya uğramışdır. Ermənilər dərhal özlərinin "yeni və gizli silahları vasitəsilə" Azərbaycana məxsus təyyarəni vurduğunu iddia etsələr də, aparılmış araşdırmalar təyyarənin Azərbaycana məxsus olmadığını göstərmişdir. Azərbaycan Müdafiə Nazirliyi də təyyarənin Azərbaycana məxsusluğunu təkzib etmişdir.
Tarixi mənbələrdə 16-cı əsrin əvvəllərində buradan Kür-Araz ovalığına əsasəndə Cavad qəzasına (indiki Salyan rayonun Qarabağlı kəndi) ərazisinə yerləşmişlər və hamin kəndin əsasını qoymuşlar.
20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Gülablı kəndinə daxil olmuş, kənd işğaldan azad olunmuşdur.[5]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Əhalisi
[redaktə | mənbəni redaktə et]Görkəmli şəxsiyyətləri
[redaktə | mənbəni redaktə et]- Aşıq Valeh - XVIII əsrin görkəmli aşıqlarından biri
- Qurban Primov - Azərbaycanın xalq artisti, musiqiçi, tarzən
- Məcid Şamxalov - dramaturq, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar artisti.
- Cahid Camal Şamil oğlu - Rusiya Federasiyasının əməkdar rəssamı. Oğlu Heydər Camal - Politoloq, yazıçı, Filosof və şair. Rusiya İslam cəmiyyətinin fəalı, Rusiya İslam komitəsinin sədri.
- Şükufə Mirzəyeva - fəlsəfə elmləri doktoru, professor
- Ceyhun Mirzəyev - aktyor və kino rejissoru. Ceyhunun atası Cəmil Mirzəyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışırdı. “Qırmızı Döyüş Bayrağı” ordeninin (Orden Boyevoqo Krasnoqo Znameni) ilk sahibiydi. Hazırda Rusiya Tarixi Muzeyində saxlanılır.
- Səxavət Məmmədov - Azərbaycan xanəndəsi
- Xudu İbrahimoğlu - maarif xadimi, müəllim, publisist, şair.
- Burzu Əliyev - Ukraynanın Azərbaycan əsilli keçmiş deputatı (2006), Ukrayna Yanacaq və Energetika nazirinin keçmiş müavini (2007) və Ukrayna Alpaqut Federasiyasının prezidenti (2018).
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Arxivlənmiş surət". 2021-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
- ↑ "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
- ↑ [1] Arxivləşdirilib 2021-09-18 at the Wayback Machine Daha bir kənd Ordumuza təhvil verildi.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Orxan Zakiroğlu (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, 2001.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Ağdam rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |