Françesko Moçi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Françesko Moçi
it. Francesco Mochi
Doğum tarixi
Doğum yeri Monteveraki
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Roma
Fəaliyyəti heykəltaraş
Stil barokko
Tanınmış işləri Müqəddəs Veronika
Müjdə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Françesko Moçi (29 iyul 15806 fevral 1654) əsasən RomaOrvietoda fəaliyyət göstərmiş erkən Barokko dövrü İtaliya heykəltəraşıdır.[1]

O, Montevarkidə doğulmuş və Romada vəfat etmişdir. Onun erkən sənət müəllimi anti-manyerist Florensiya rəssamı Santi di Tito olmuş, Titonun emalatxanasında Moçi xəttin aydınlıq və ilkliyini öyrənmişdir. 1599-cu ildə Romaya köçən Moçi Venesiya heykəltəraşı Kamillo Marianinin emalatxanasında öyrənməyə davam etmişdir. Moçi Covanni Lorenso Bernini və onun atası Pyetro ilə eyni dövrdə fəaliyyət göstərmişdir.

Müqəddəs Veronika

Moçi, Stefano Maderno ilə birlikdə mühüm Papa sifarişinin yerinə yetirərək Santa-Mariya-Maccore kilsəsindəki Paolina kapellasında çalışmış, burada “Müqəddəs Matfey və Mələk” əsərini yaratmışdır. Onun ilk böyük əsəri olan Müjdə (“Mələk1605-ci ildə, “Bakirə” isə 1608-ci ildə tamamlanmışdır, hər iki heykəl Orvieto kafedralında saxlanılır) iki heykəldən ibarətdir.[2] Sənət tarixçisi Rudolf Uittkoverin “heykəltəraşlığı yuxudan oyandıran fanfar” adlandırdığı əsər ölçülü emosionallığı ilə barokko heykəltəraşlığını geridə qoyur. Moçi həm də bürünc və çuqunla işləməyi bacaran azsaylı XVII əsr heykəltəraşlarından biri olmuşdur.[3] O, Pyaçentsadakı Pyaçça Kavallidə ucaldılmış I Ranuçço Farneze və Parma hersoqu Alessandro Farnezenin atlı bürünc heykəllərinin müəllifidir. Farnezelərin atlı heykəlləri heykəltəraşın şah əsərləri hesab edilir.

Pyaçentsadan Romaya qayıdan Moçi, şəhərdə barokko incəsənətinin inkişaf etdiyini və əsas böyük layihələrinin Berniniyə həvalə olunduğunu görür. Qayıdışından sonra o, Romada Məsihin vəftiz olunması[4] (1635 və ya daha sonra, Ponte Mello, Roma); Müqəddəs Faddey (1641-1644, Orvieto), Müqəddəs Pyotr və Pavel (1638-1652, Porta del Popolo), San-Andrea della Valle kilsəsində yerləşən Barberini kapellası üçün Müqəddəs Marta (1609-1621) heykəllərini işləmişdir.

Müqəddəs Veronika heykəli

[redaktə | mənbəni redaktə et]

Müqəddəs Pyotr bazilikasının mərkəzi günbəzi altında yerləşən dörd nişdən birində ucaldılmış “Veronika pərdəsi” tutmuş Müqəddəs Veronika heykəli (1629-1640)[5] Moçinin ən məşhur şah əsəridir. Digər üç heykəl isə Fransua Dükenua (Müqəddəs Andrey), Bernini (Müqəddəs Lonqin) və Andrea Bolci (Müqəddəs Yelena) tərəfindən hazırlanmışdır.

Dörd heykəl arasında Moçinin əsəri yerləşdirildiyi yerə daha uyğun olması və orijinallığı ilə seçilir. Bernininin Müqəddəs Lonqini Dükenua və Bolcinin klassisizmdən ilhamlanmış əsərləri ilə Moçinin emosional dinamizm əks etdirəm əsəri arasında keçid rolunu oynayır.[6] Moçinin ehtiraslı təsviri isə məkanın ədəb çərçivələrindən kənara çıxır. Veronika sanki irəli çıxaraq hönkürtü ilə danışmağa hazırlaşır.[7] Ona edilməli olan ödənişin tamamlanması üçün xahiş məktubunda Moçi qeyd edir ki, “yaşlı vaxtımda yaddaqalan əsər yaratmaq üçün” bütün var gücümlə çalışmışam.[8]

1981-ci ildə Moçinin yaradıcılığına həsr edilmiş “Francesco Mochi 1580–1654 ” adlı sərgi (Montaveraki, Pyaçentsa, Roma) keçirilmişdir.

  1. Sənədlərdə o, rəssam kimi qeyd edilsə də, dövrümüzə sənətkarın heç bir rəsm əsəri çatmamışdır. Marc Worsdale ("A Drawing Attributed to Francesco Mochi," The Burlington Magazine [1995:616–618]) tərəfindən Moçiyə aid edilən karandaşla çəkilmiş ağac formalı şamdan və mələk təsviri nəşr edilmişdir. Bu, Moçiyə aid edilən ilk təsvirdir.
  2. Tarixlər Ian Wardropper, "A New Attribution to Francesco Mochi," Art Institute of Chicago Museum Studies (1991:102–119, 179), kitabından götürülmüşdür. Kitabda Moçinin yaradıcılığı və "Gəncin büstü" (Çikaqo Sənət İnstitutu) əsəri haqqında məlumat verilir. (pp 106f)
  3. Jennifer Montagu, "A Model by Francesco Mochi for the 'Saint Veronica'" The Burlington Magazine, 124 No. 952, Special Issue in Honour of Terence Hodgkinson (July 1982):430–437) p. 430.
  4. "(image)". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-14.
  5. 10 dekabr 1629-cu ildə əsərin Moçiyə həvalə edilməsinə qərar verilmiş, 15 mart 1632-ci ildə sənətkar ilk ödənişi almışdır. 1639-cu ildə üç mərmər blokundan hazırlanmış əsər bazilikaya gətirilmişdir. əsərə görə son ödəniş 8 mart 1646-cı ildə edilmişdir. (Montagu 1982:430)
  6. Irvin Lavin, Bernini and the Crossing of St Peter's (New York) 1968:21, etc.
  7. Giovanni Battista Passeri (Vite dei pittori...) remarked that it violated the very concept of statue, as something static.
  8. Quoted Montagu 1982:430; his "old age" was an exaggeration.
  • Wittkower, Rudolf. Art and Architecture in Italy, 1600–1750. Penguin Books. 1980.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]