Famil İsgəndərov
Famil İsgəndərov | |
---|---|
Famil İsgəndər oğlu İsgəndərov | |
Doğum tarixi | 15 may 1975 |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 1995 (19 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Mükafatları |
Famil İsgəndər oğlu İsgəndərov (15 may 1975, Bakı – 17 mart 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsinin fəal iştirakçısı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh.
Həyatı
[redaktə | mənbəni redaktə et]15 may 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. 1991-ci ildə 157 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 6 ay gəmi təmiri zavodunda işləyib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Oxuduğu 157 saylı orta məktəb hal-hazırda onun adını daşıyır.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Subay idi.
Hərbi xidməti
[redaktə | mənbəni redaktə et]Famil İsgəndərov 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. O, 6 ay Qusar rayonundakı hərbi hissədə təlim keçdikdən sonra cəbhə bölgəsinə göndərilib.
Döyüşlərdə iştirakı
[redaktə | mənbəni redaktə et]Famil Ağdərə və Tərtər döyüşlərində iştirak etmiş, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanır. Müalicədən sonra isə "N" saylı hərbi hissədə xidmətini davam etdirir. 1995-ci il 13–17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsi zamanı döyüşçü dostlarını xilas edərkən baş nahiyəsindən ağır yaralanaraq həlak olub. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Təltifləri
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Famil İsgəndər oğlu İsgəndərov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.[1]
- (4 aprel 1995) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
Xatirəsi
[redaktə | mənbəni redaktə et]- Oxuduğu 157 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır,[2] məktəbdə büstü qoyulub.[3]
- Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.
- Dağıstan Muxtar Respublikasının Qasımkənd rayonu Uluqadağ kəndindəki məktəb də Famil İsgəndərovun adını daşıyır.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 142.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının hərbi qulluqçularının və polis işçilərinin bir qrupunun təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 04.04.1995. 2017-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.04.1995.
- ↑ "157 №-Lİ TAM ORTA MƏKTƏB". 2021-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-20.
- ↑ Milli Qəhrəman Famil İsgəndərovun büstü [ölü keçid]