Fosforitlər
Fosforitlər | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Fosforitlər — 50%-dən çoxu apatit və ya martinit qrupuna aid amorf və ya mikrokristallik kalsium fosfatlarından ibarət olan süxurlar. Fosforitlər P2O5 miqdarının aşağı həddi 18%-dir. Geoloji-kəşfiyyat işində tərkibində 5% P2O5 olan fosforitlər fosforit filizləri adlanır. Təmiz fosforitlərin rəngi ağ, lakin təbiətdə rəngləyici maddələrin qarışığından asılı olaraq, adətən, qara və boz, nadir hallarda yaşıl, qırmızı, sarı və açıq boz rəngdə olur. Fosforitlərin quruluşu massiv, jelvak, dənəvər, kavernalı, şlakabənzər, çaqıllı, teksturu-təbəqəli, axın formalıdır. Fosforitlər: lay, jelvak (konkresiya), dənələr, qabıqlı, karst, ada, mağara və metamorfizləşmiş əsas tiplərə ayrılır. Birinci 4 tip dənizin dibində, ehtimala görə, 30–300 m dərinlikdə əmələ gəlir. Onlar biokimyəvi (Buşinski, 1966), kimyəvi (Kazakov, 1939) və ya biogen (Mensfild-Brongerema-Sanders) mənşəli hesab edilirlər. Fosforitlər quruda, dəniz və okean dibində geniş yayılaraq estuaridən dərin su fatsiyalarına qədər fosforitli çökmələrin batimetrik sırasını əmələ gətirir. Əsasən, fosfat gübrələri kimi, daha az elementar fosfor almaq üçün istifadə edilir. Bəzi fosforitlər emalında U, nadir torpaq elementləri, F və V da alınır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.