Etrusk dili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Etrusk diliEtrusk mədəniyyəti tərəfindən müasir İtaliyada istifadə edilmiş qədim bir dildir. Bu dilin mənşəyi və hansı dil ailəsinə mənsub olması bu gün hələ də dəqiq olaraq müəyyən edilməmişdir. Etrusk dili, özündən sonra İtaliyada geniş şəkildə istifadə edilmiş olan Latın dilinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Qədim latın dilində etrusk mənşəli sözlərə rast gəlmək mümkündür. Etrusklar eramızdan əvvəl VII əsrin əvvəllərindən başlayaraq 26 hərfdən ibarət olan bir əlifbadan istifadə etmişdirlər.

Finikiya əlifbasını qəbul edən yunanlar kimi, etrusklar da evbeylilərin istifadə etdikləri əlifbanı qəbul etmişdirlər. Bununla belə, onlar bu əlifbanı öz dillərinə müvafiq bir formada dəyişdirmək məcburiyyətində qalmışdırlar. Etrusk dilində o, b, d və g səsləri olmadığı üçün O (omikron), B (beta) və Δ (delta) hərfləri əlifbadan çıxarılmış, qamma (Γ yazılır) isə e və i saitlərinin qarşısındakı k səsi üçün istifadə edilmişdir. Lakin a saitindən əvvəlki k səsi kappa (KA) ilə, u saitindən əvvəlki k səsi isə koppa (Ϙ V) ilə verilmişdir. Titrəyişsiz (labiodental, yəni dodaqlar və dişlər arasında yaranan) f səsi digamma (F) və etadan () yarandıqda və tək olduqda etrusk dilində h səsini verirdi. F kombinasiyası ilə, daha sonra isə sadələşdirilərək F ilə verilirdi; lakin VI əsrdə f səsi üçün yeni bir işarə olan ixtira edilmişdir.

Yunan dilindən fərqli olaraq, etrusk dilində iki fərqli s səsi var idi və bunların hər biri də öz növbəsində müxtəlif hərflərlə yazılırdılar: Titrəyişsiz s (Cənubi Etrusk dilində) üçün san (M), yumşaq s üçün isə siqma (S) hərfindən istifadə edilirdi. Beləliklə də, etruskların “ilk əlifbası” hazırlanmışdı. Etrusk dili öz daxilində iki yerə bölünür: Cənubi və Şimali Etrusk dili.[1]

Morfologiya və sintaksis baxımından etrusk dili adlı magistr dissertasiyası işində etrusk dilinin regiona yad olan və türk dili kimi aqlütinasiyalı (şəkilçilərin sözün axırına əlavə edilməsi) bir Altay dili olduğu bildirilmişdir.[2]

  1. Horst Blanck, Antik Çağda Kitap, Dost Yayınevi,2000 S.21.
  2. Mustafa Solmaz (2005), Biçimbilim ve sözdizim açısından Etrüsk dili, Pamukkale Üniversitesi