Etel Keyn

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Etel Keyn
Ümumi məlumatlar
Ləqəbi Ethel Cain
Doğum tarixi 24 mart 1998(1998-03-24)[1] (26 yaş)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı yazarı, müğənni
Fəaliyyət illəri 2017-ci ildən
daughtersofcain.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Etel Keyn (əsl adı: Hayden Silas Anhedönia; 24 mart 1998[1]) — ABŞ müğənnisi.

O, valideynlərinin məzuniyyət münasibətilə hədiyyə etdiyi MacBook vasitəsilə həvəskar olaraq musiqi üzərində məşğul olmağa başlayıb. İlk mahnılarını rəqəmsal formatda TumblrSoundCloud-da yayımlayıb. 2019-cu ildə ilk minialbomu olan "Golden Age"i çıxarıb, hansı ki, treklərində folkindi-rok üslubunu trep ilə sintez edir. Onun geniş dinləyici kütləsinin rəğbətini qazanan konseptual debüt studiya albomu "Preacher's Daughter" 2022-ci ildə işıq üzü görüb və bir çox tənqidçi tərəfindən ilin ən yaxşı albomundan biri elan edilib.

Tallahassidə doğulub, Floridanın Konfederasiya generalının adını daşıyan Perri şəhərində böyüyüb. Ailədə dörd uşaqdan yaşca ən böyüyüdür. O, "geridəqalmış redneklərlə dolu olan" şəhərciyə baxanda, olduqca sənətsevər uşaq olub. Keçmişdə yük maşını şoferi olmuş atası hazırda taxta zavodunda işləyir. O, təhsilini evdə, kilsə xorunda işləyən anasının rəhbərliyi altında alıb. Qatı dindar mühitdə böyüyüb. 12 yaşında anasına gey olduğunu açıqladığı zaman dini terapiyaya göndərilib. Deyir ki, "mənim terapevtim bu günədək mənə cəhənnəmə getməyəcəyimi söyləyən ilk insan idi".[2]

O, yeniyetməlik illərində pop musiqisini kəşf edir. Florence + the Machine qrupunun fanatına çevrilir. Eyni zamanda Twitter və Tumblr-ı aktiv şəkildə istifadə edirdi. Hətta internet üzərindən özünə dostlar da qazanmışdı. O, orta məktəbi bitirdikdən sonra, yerli icma kollecinin teatr proqramında bir qədər sərbəstlik əldə edir. O, Florida Dövlət Universitetinin kino fakültəsində oxumaq ümidi ilə Talahassiyə daşınır və 20 yaşına gələndə isə trans qadın kimi ortaya çıxır.

"Southern gothic", qorxu filmləri və eləcə də özünün yetişdirilmə tərzinə bağlı olan dini travmalardan ilham alır və Ethel Cain adlı alter eqosunu yaradaraq musiqi yazıb-bəstələməyə başlayır.[3]

Studiya albomları

  • Preacher's Daughter (2022)
  • Perverts (2025)
  1. 1 2 https://pitchfork.com/features/rising/ethel-cain-interview/.
  2. Joe, Coscarelli. "The Most Famous Girl at the Waffle House". May 11, 2022.
  3. D'Souza, Shaad. "'I felt like a performing monkey': Ethel Cain on fans, fainting and being 'Miss Alt-Pop Star'". The Guardian (ingilis). 2023-07-07. ISSN 0261-3077. İstifadə tarixi: 2024-11-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]