Esperanto ədəbiyyatı
Esperanto |
---|
Esperanto ədəbiyyatı- əslində bu süni dilin rəsmi yayımının əvvəlində, Esperanto dilinin yaradıcısı , Polyak oftalmotoloq Lüdviq Lazar Zamenhof tərəfindən başlamışdır. Zamenhof inkişaf etdirməkdə olduğu dilə şeir və məqalələri tərcümə edərək dilin zənginliyini və aydınlığını test etmiş və bir neçə tərcüməsini dilin ilk kitabı olan Unua Libro nun əlavələri olaraq nümayiş etdirmişdir. Dilin başqa erkən mühazirəçiləri şeirlər, hekayələr və inşalar yazmışlar. Henri Vallienne Esperanto dilində ilk romanı yazan şəxs olmuşdur. Bir ovuc şeirin xaricində Esperantonun ilk 20 ilindəki ədəbiyyat məhsullarının çoxu bu gün yalnız tarixlə bağlı dəyər olaraq qalmışdır.
İki dünya müharibəsi arasında bir neçə yeni şair və yazar ilk əsərlərini nəşr etdilər, bunların içində hələ yeni sayılan bu dildə mükəmməl əsərlər yazanlardan bəziləri bunlardır: Julio Baqi, Yevgeno Mihalski, Kalman Kalocsay, Henrix Luyken və Jean Forge.
Müasir yazarlar arasında Klaude Piro və Vilyam Auld yer alır ki, sonuncusu Ədəbiyyat üzrə Nobel mükafatına bir neçə dəfə namizəd olaraq göstərilmişdir.
Gözləri görməyən və Yaponiya ilə Çində 1910 və 1920-ci illərdə yazan və dərs verən Rusiyalı Esperantist Vasili Yerosenkonun əsərləri ilə başlayaraq Brayl əlifbasında da bir çox Esperanto dilind yazılmış əsər nəşr olunmuşdur.
Harold Brown da Esperanto dilində bir çox müasir əsərlər yazmışdır.
Bu günə qədər Esperanto dilində 25.000-dən çox əsər dərc edilmiş və ən böyük Esperanto kitab xidməti verən Esperanto Dünya Dərnəyi (World Esperanto Association) 4.000-dən çox kitabı öz kataloqunda birləşdirmişdir. Esperanto dilində 100-dən çox orijinal roman, qısa hekayələr və şeir kolleksiyaları nəşr olunmuşdur. İki böyük jurnal Fonto və Literatura Foiro müntəzəm olaraq nəşr olunmaqdadır, bəzi başqa jurnallar isə Monato kimi fantastika yazılar şəklində dərc olunur.
Esperanto ədəbiyyatının ən əhatəli rəhbəri olan Cefri Suttonun Concise Encyclopedia of the Original Literature of Esperanto (728 səhifə), Esperanto dilində Danışan Yazarlar Dərnəyinin (Esperanto-speaking Writers 'Association) himayəsi ilə Mondial tərəfindən nəşr olunmuşdur, New York , NY, 2008, ISBN 978-1-59569-090-6.
Esperanto ədəbiyyatının bəzi ana şəxsləri:
- Marjorie Boulton
- William Auld
- Julio Baghy
- Kazimierz Bein
- Jorge Camacho
- Vasili Eroshenko
- Antoni Grabowski (əsasən tərcümələr)
- Kálmán Kalocsay
- Nikolai Vladimirovich Nekrasov
- Mauro Nervi
- Claude Piron
- Frederic Pujulà i Vallès
- Baldur Ragnarsson
- Raymond Schwartz
- Vladimir Varankin
- Kitzo Hekotormos
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Esperanto mədəniyyəti (ing.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- The Esperanto Book, Chapter 9: "The Literary Scene" Arxivləşdirilib 2008-09-16 at the Wayback Machine Don Harlow. 1995.
- La Fenomeno Esperanto William Auld. UEA, 1988.